Əmlak Məsələləri Dövlət Komitəsi növbəti hərracı keçirib

emlak meseleleri dovlet komitesi novbeti herraci kecirib

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi növbəti hərrac keçirilib.

 

Komitədən “APA-Economics”ə verilən məlumata görə, hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri Masallı və Daşkəsən şəhərlərində yerləşir. Həmin kiçik dövlət müəssisələri xidmət və kənd təsərrüfatı sahələrində əlverişli hesab edilir.

 

Belə ki, Masallıda yerləşən ümumi faydalı sahəsi 558,5 kvadratmetr olan obyekt xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Daşkəsəndə yerləşən “Lüləli” mal-qara qəbulu məntəqəsi də sahibi üçün qazanclı obyektdir. Adıçəkilən əmlakın ümumi faydalı sahəsi 636,7 kvadratmetr təşkil edir. Torpaq sahəsi isə 58 min 408 kvadratmetrdir.

 

Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahələri ilə birgə özəlləşdirilir. Budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Səbail rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 600 kvadratmetr təşkil edir.

 

Prosesdə müxtəlif markalı nəqliyyat vasitələrinin də sahibi bəlli olub. Özəlləşən nəqliyyat vasitələrindən Avropa istehsalı olan avtomobillər üstünlük təşkil edib. Bunlara “BMW 320”, “Fiat Doblo”, “Tofaş Şahin” kimi avtomobilləri qeyd etmək olar. Həmin maşınların buraxılış tarixi isə 2004-2006-cı illəri əhatə edir.  

 

Hərracda səhmdar cəmiyyətinin səhm paketi də özəlləşdirilib. “Tərtər Konserv” ASC-nin 30% səhm paketi sahibini tapıb.

 

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün bu linkdən istifadə etmək olar.

 

Dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron xidmətlərin tətbiqi, hərracları internet vasitəsilə onlayn izləmək imkanı investorların hərraclarda iştirakını daha da sadələşdirib. Prosedurun sadə olması da investorların marağını cəlb edən əsas üstünlüklərdən biridir. Hazırda sadə prosedura əsasən hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. Hərracların elanı, gedişatı və nəticələri barədə komitənin saytı, özəlləşdirmə portalı, eləcə də “facebook” sosial şəbəkəsindəki rəsmi səhifə və privatization.az səhifəsi vasitəsilə əhaliyə mütəmadi məlumatlar verilir.

 

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti belə hərrac 21 noyabr tarixində keçiriləcək. Hərraca çıxarılan əmlaklarla tanış olmaq üçün bu linkdən istifadə etmək kifayətdir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • pakistanin bas qerargah reisi herbi tehsil muessiselerinde olub
    Pakistanın Baş Qərargah rəisi hərbi təhsil müəssisələrində ...
  • abs sefirinin muavini 2015 2016 ci illerde azerbaycanda 43 qadin qetle yetirilib
    ABŞ səfirinin müavini: “2015-2016-cı illərdə Azərbaycanda 43...
abs sefirinin muavini 2015 2016 ci illerde azerbaycanda 43 qadin qetle yetirilib abs sefirinin muavini 2015 2016 ci illerde azerbaycanda 43 qadin qetle yetirilib +2
MƏZƏNNƏ
FOREX
/ 24 Noyabr, 2017

USD
1.7001
 
EUR
2.0152
 
RR
0.0291