Ərdoğanın oğlu "Palmali"yə kirayə verdiyi tankerləri satıb

erdoganin oglu palmali ye kiraye verdiyi tankerleri satib

"BMZ Denizcilik" şirkəti mülkiyyətində olan 5 gəmini satıb. "APA-Economics" "Deniz" agentliyinə istinadən xəbər verir ki, söhbət kimyəvi maddələrin daşınması üçün nəzərdə tutulan tankerlərdən gedir.

 

Gəmilər "BMZ Denizcilik" şirkətinin mülkiyyətində olsa da, Maltada fəaliyyət göstərən "Oil Transportation & Shipping" şirkətində qeydiyyatdadır.

 

Satılan "Begim Aslanova" tankeri satıldıqdan sonra "Caminero", "Poet Qabil" "Blue lake Star", "Armada Fair" "Milagress", "Armada Breeze" isə "Prover" adlandırılıb. "Mecid Aslanov" tankerinin adı isə hələlik dəyişməyib, lakin bu prosedur gələn həftə başa çatacaq. Sonuncunun Rusiyada qeydiyyatdan keçən şirkət tərəfindən əldə olunduğu bildirilir.

 

Maraqlıdır ki, sözügedən tankerlər satışadək azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus "Palmali" şirkətlər qrupuna kirayə verilib.

 

Qeyd edək ki, "BMZ Denizcilik" şirkəti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan, qardaşı Mustafa Ərdoğan və bacısının həyat yoldaşı Ziya İlgen tərəfindən təsis olunduğu iddia olunur.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:12 19 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev semkir aqroparki nin logistika merkezini ise salib
    Prezident İlham Əliyev “Şəmkir Aqroparkı”nın Logistika Mərkə...
  • erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib
    Ərdoğan PYD/YPG-yə yardım edən ABŞ və Avropaya sonuncu dəfə ...
erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ