"Kiçik sahibkarların yaratdıqları" sərgisi keçirilib

Ölkədə qadın sahibkarlığının inkişafı, qadınların məşğulluğunun artırılması, bu sahədə sahibkarlığın rolunun gücləndirilməsi, əl işlərinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin və Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə bu gün Bakı Biznes Mərkəzində kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarların əl işlərindən ibarət "Kiçik sahibkarların yaratdıqları" sərgisi təşkil olunub.


"APA-Economics" xəbər verir ki, sərgidə 100-dən çox sahibkarın əl işləri - rəsmlər, suvenirlər, bijuteriyalar, oyuncaqlar, ağacdan oymalar, eləcə də geyimlər, müxtəlif məişət əşyaları, musiqi alətləri və s. nümayiş olunur.

 

Böyük maraqla qarşılanan sərginin ziyarətçiləri arasında dövlət qurumlarının, təhsil, mədəniyyət və incəsənət müəssisələrinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, sahibkarlar və s. vardır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:11 11 Dekabr
19:09 09 Dekabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • diplomatlar beynelxalq teskilatlarin numayendeleri ve kiv temsilcilerinin tertere seferi baslayib yenilenib
    Diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri və KİV t...
  • dtx nin emekdasi dunya cempionu olub
    DTX-nin əməkdaşı dünya çempionu olub
dtx nin emekdasi dunya cempionu olub dtx nin emekdasi dunya cempionu olub +2
MƏZƏNNƏ
FOREX
/ 11 Dekabr, 2017

USD
1.7
 
EUR
2.0024
 
RR
0.0287