Komitə: İndiyədək 700-ə yaxın dövlət əmlakı özəlləşdirilib

komite indiyedek 700 e yaxin dovlet emlaki ozellesdirilib

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

 

"APA-Economics" xəbər verir ki, hərracda ümumilikdə 20 dövlət əmlakı olmaqla, 1 səhmdar cəmiyyəti, 14 istifadəsiz qeyri-yaşayış sahəsi və kiçik dövlət müəssisəsi, eləcə də 5 nəqliyyat vasitəsi özəlləşdirilib.

 

Hərracda satılmış kiçik dövlət müəssisəsi Gəncə şəhəri, Kəpəz rayonunda yerləşən 129 kv.m. sahəsi olan 130 saylı mağazadır. Özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələrinin 11-i Bakıda, 1-i Yevlaxda, digəri isə İsmayıllıda yerləşir. Paytaxtın Nəsimi, Yasamal, Nərimanov, Nizami və Xətai rayonlarında yerləşən obyektlərin sahəsi əsasən 20 kv.m.-dən 100 kv.m.-dəkdir. Ən böyük sahəyə malik obyekt isə Yevlaxda yerləşən və 185,5 kv.m. sahəsi olan qeyri-yaşayış obyektidir.

 

Budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak paytaxtın Yasamal rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Belə ki, adıçəkilən əmlak 70 min manata özəlləşdirilib. Yevlaxda yerləşən qeyri-yaşayış sahəsi isə 46 min 500 manata satılıb.  Nəqliyyat vasitələrinin satışı üzrə isə hərraclar rəqabətli şəraitdə keçib. Ən yüksək qiyməti təklif etmiş iddiaçı nəqliyyat vasitəsinin sahibi olub.

 

“Cəlilabad Taxıl” ASC-nin satışı üzrə də hərrac rəqabətli olub. Bu isə onun göstəricisidir ki, regionlarda yerləşən səhmdar cəmiyyətlərinin özəlləşdirilməsinə maraq böyükdür. Belə iri müəssisələrin özəlləşdirilməsi regionlarda kənd təsərrüfatı sahəsinin inkişafına da böyük dəstəkdir.

 

Hərracda satılan kiçik müəssisələr və istifadəsiz qeyri-yaşayış sahələri kiçik və orta həcmli sahibkarlıq fəaliyyəti baxımından əlverişlidir. Özəlləşdirilmiş belə əmlaklar sonradan sahibləri tərəfindən rahat şəkildə gəlir mənbəyinə çevrilir. Özəlləşdirilən obyekt və qeyri-yaşayış sahələrinin sonradan məişət, qida, təmir və digər sahələrdə biznes fəaliyyəti üçün istifadə ediləcək. Eyni zamanda, belə daşınmaz əmlaklara dair hərracdan qısa müddət sonra mülkiyyət hüquqlarının dövlət qeydiyyatı barədə reyestrdən çıxarış da təqdim olunur.

 

Qeyd edək ki, komitə 14 sentyabr tarixindən etibarən açıq hərraclar keçirir və indiyədək 12 belə hərrac keçirilib. Hərraclara müxtəlif çeşiddə 700-ə yaxın dövlət əmlakı çıxarılıb. Bununla yanaşı, məlum olduğu kimi, ölkə prezidentinin 19 iyul 2016-cı il tarixli fərmanına əsasən Nazirlər Kabineti tərəfindən yeni dövlət müəssisələrinin özəlləşməyə açılması ilə bağlı sərəncam da verilib. Ümumilikdə 352 yeni dövlət müəssisə və obyekti özəlləşməyə açılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:14 24 Avqust
09:05 24 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tufandag buzlagini tedqiq etmek ucun ekspedisiya teskil olunub
    Tufandağ buzlağını tədqiq etmək üçün ekspedisiya təşkil olun...
  • azerbaycan yanginsondurenleri gurcustanda boyuk sahede yangini sondurubler
    Azərbaycan yanğınsöndürənləri Gürcüstanda böyük sahədə yanğı...
azerbaycan yanginsondurenleri gurcustanda boyuk sahede yangini sondurubler azerbaycan yanginsondurenleri gurcustanda boyuk sahede yangini sondurubler +2
MƏZƏNNƏ
FOREX
/ 24 Avqust, 2017

USD
1.7009
 
EUR
2.0075
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ