Komitə üçüncü cəhddən "Daşkəsən Filizsaflaşdırma"nı özəlləşdirmək istəyir

komite ucuncu cehdden daskesen filizsaflasdirma ni ozellesdirmek isteyir

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) "Daşkəsən Filizsaflaşdırma" ASC-nin səhmlərinin 99,2%-nin satışı üzrə üçüncü dəfə investisiya müsabiqəsi elan edib.

 

"APA-Economics" komitənin yaydığı məlumata istinadən xəbər verir ki, hər birinin nominal dəyəri 2 manata bərabər olan 527,447 min ədəd səhmin satışı üzrə müsabiqədə həm yerli, həm də xarici investorlar iştirak edə bilər.

 

Müsabiqə iştirakçılarının hazırladığı investisiya proqramında müəssisənin istifadəsində olan dəmir filizi mədənlərinin bazasında xammaldan son məhsula qədər istehsal zəncirini ölkə daxilində təmin edən klasterin yaradılması öz əksini tapmalıdır. 3 il ərzində icra olunacaq proqramda investisiya qoyuluşlarının istiqamətləri, məbləğləri və müddətləri göstərilməlidir.

 

İnvestisiya proqramının ümumi dəyəri 600 mln. dollardan az olmamalıdır.

 

Proqrama səhmdar cəmiyyətinin istifadəsində olan yataqlardakı dəmir filizinin mövcud qanunvericiliyə uyğun olaraq təhlükəsizlik və ekoloji standartlara riayət olunmaqla illik hasilatının həcmi, rəqabət qabiliyyətli və əlavə dəyər yaradan, idxalı əvəz edən, ixrac yönümlü son məhsul istehsalının ölkə daxilində təşkil edilməsi ilə bağlı qurulacaq istehsal zəncirinə daxil olan müəssisələr və onların istehsal gücü, istehsal olunacaq hazır məhsulların çeşidinə (məsələn, ikitavr, polad künclük, şveller, pəstah, dəmir lövhə, boyalı/boyasız rulonlar və s.) dair təkliflər daxil edilməlidir.

 

Bundan başqa, potensial investorlar müəssisədə aparılacaq yenidənqurma, tikinti, təmir-bərpa işləri, yeni avadanlıq və texnologiyaların tətbiqi, yeni iş yerlərinin yaradılması (1 000 iş yerindən az olmayaraq); istehsal olunacaq məhsulların satış bazarları, təklif olunmuş investisiya həcminin ümumi məbləğinin 5%-ə qədərinin pul vəsaiti şəklində səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürülməsi və ondan istifadəyə dair təkliflər təqdim etməlidirlər.

 

Müsabiqənin qalibi səhmlərə görə dövlət büdcəsinə ən azı 110 mln. manat köçürməlidir.

 

Müqavilə imzalandıqdan sonra müsabiqənin qalibi investisiyanın elan olunmuş həcminin 5%-ni 90 təqvim günü ərzində SC-nin hesabına, təklif olunan məbləği isə 180 təqvim günü ərzində dövlət büdcəsinə köçürməlidir.

 

Tenderin qalibi məsləhətçinin cəlb olunmasına görə 160 min manat məbləğində xərcin ödənilməsini, o cümlədən vergi və sosial ödənişləri 15 təqvim günü ərzində həyata keçirməlidir.

 

İddiaçıların ərizə və təkliflərinin qəbulu 31 yanvar 2017-ci il tarixinədək aparılacaq. Təkliflər fevralın 2-də qiymətləndiriləcək.

 

Qeyd edək ki, ƏMDK 2016-cı ilin noyabr ayında müəssisənin səhmlərini investisiya müsabiqəsinə çıxarsa da, səhmlər satılmamışdı.

 

"Daşkəsən Filizsaflaşdırma" Daşkəsən şəhərində yerləşir. 1954-cü ildə istismara verilən ASC-nin işçilərinin sayı 316 nəfər təşkil edir.

 

1 noyabr 2016-cı il tarixinə cəmiyyətin nizamnamə kapitalı 1 mln. 63,14 min manata bərabərdir. Buraxılmış səhmlərin sayı 531,57 min ədəd, bir səhmin nominal dəyəri isə 2 manat təşkil edir.

 

Qeyd olunan tarixə şirkətin öhdəlikləri 16 mln. 613,319 min manat, dövlət büdcəsinə olan borclar 4 mln. 555,497 min manat, DSMF-yə olan borclar 2 mln. 32,852 min manat, dövlət müəssisələrinə olan borclar 1 mln. 66,447 min manat, alınmış kreditlərə və onlara hesablanmış faizlərə görə borclar 2 mln. 42,524 min manat; debitor borcları 3 mln. 556,983 min manatdır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda kecmis telekanal rehberinin oglu cayda batib
    Azərbaycanda keçmiş telekanal rəhbərinin oğlu çayda batıb...
  • deputat novruz aslanov secicileri qebul edib
    Deputat Novruz Aslanov seçiciləri qəbul edib
deputat novruz aslanov secicileri qebul edib deputat novruz aslanov secicileri qebul edib +2
MƏZƏNNƏ
FOREX
/ 18 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ