“Made in Azerbaijan” loqosunun təqdimat mərasimi keçirilib

Bu gün Bakıda İxracatçılar Klubunun 2018-ci ildə ilk iclası və “Made in Azerbaijan” loqosunun təqdimat mərasimi keçirilib.

 

APA-Ecconomics”in məlumatına görə, təqdimat mərasimində, iqtisadiyyatın müxtəlif sahələrində çalışan 100-ə yaxın iş adamı iştirak edib.

 

İqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib ki, rəqabətqabiliyyətli, ixracyönümlü yerli məhsulların “Made in Azerbaijan” brendi altında təşviqi yerli şirkətlərin daxili və xarici bazarlarda mövqelərinin möhkəmləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir: “Milli brendlərin yaradılması və inkişafı ,daha geniş coğrafiyada tanıdılması istiqamətində tədbirlər görülür”.

 

Qeyd edək ki, loqo Leo “Burnett” şirkətinin nümayəndəsi Abbas Fətullayev tərəfindən hazırlanıb. Loqo özündə Azərbaycanın zəngin təbiətini və təbii sərvətlərini, müasirliyini, ölkənin yüksək mədəni səviyyəsini, eyni zamanda xalq sənətkarlığının atributlarını əks etdirir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:52 20 Yanvar
09:26 20 Yanvar
07:44 20 Yanvar
23:52 19 Yanvar
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • turkiye prezidenti yeniden ermenistana arxivleri acmagi teklif edib
    Türkiyə prezidenti yenidən Ermənistana arxivləri açmağı təkl...
  • nesimi nebizade ile ana xeber bloku 20 yanvar
    Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku –20 yanvar
nesimi nebizade ile ana xeber bloku 20 yanvar nesimi nebizade ile ana xeber bloku 20 yanvar +2
MƏZƏNNƏ
FOREX
/ 21 Yanvar, 2018

USD
1.7001
 
EUR
2.0849
 
RR
0.0301