Millət vəkili “Ələt azad iqtisadi zona haqqında” qanun layihəsinə etiraz edib

millet vekili elet azad iqtisadi zona haqqinda qanun layihesine etiraz edib

“Ələt azad iqtisadi zona haqqında” qanun layihəsi ölkə konstitusiyası ilə ziddiyyət təşkil edir.

 

“APA-Economics” xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında qanun layihəsinin müzakirəsində çıxışı zamanı deyib. O bildirib ki, qanun layihəsində nəzərdə tutulan əmək qaydaları, ətraf mühitin mühafizəsi və azad iqtisadi zonada mübahisələrin həlli ilə bağlı normalar yenidən işlənməlidir və yaxud ümumiyyətlə qanunvericilikdən çıxarılmalıdır.

 

“Qanun layihəsində qeyd olunub ki, Azərbaycanda investorlar üçün əlverişli şərait yaradılır ki, bu da onları vergi və gömrük rüsumlarından azad edir. Biz ekologiya, əmək hüquqları ilə bağlı beynəlxalq konvensiyaya qoşulmuşuq. Əgər biz vətəndaşların fundamental hüquq və azadlıqlarından danışırıqsa, bu normalarla bağlı investororlara hansı güzəştdən söhbət gedə bilər? Ekologiya ilə bağlı xarici investora nə kimi güzəştdən söhbət gedə bilər?”,- deyə millət vəkili öz narazılığını bildirib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

22:08 24 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • boyuk britaniyada xocali soyqiriminin 26 ci ildonumu munasibeti ile anim merasimi kecirilib
    Böyük Britaniyada Xocalı soyqırımının 26-cı ildönümü münasib...
  • sirvan sakini gulle yarasi alib
    Şirvan sakini güllə yarası alıb
sirvan sakini gulle yarasi alib sirvan sakini gulle yarasi alib +2
MƏZƏNNƏ
FOREX
/ 25 Fevral, 2018

USD
1.7001
 
EUR
2.0914
 
RR
0.0301