"Mover" şirkəti: "Azərbaycana yüklərin çatdırılmasında heç bir problemimiz yoxdur"

mover sirketi azerbaycana yuklerin catdirilmasinda hec bir problemimiz yoxdur

"Xarici ölkələrdən Azərbaycana yüklərin çatdırılmasında bizim heç bir problemimiz yoxdur. Biz Türkiyədən online sifarişlərin çatdırılması ilə məşğuluq və hər hansı problemlə qarşılaşmamışıq ".

 

Bu barədə "APA-Economics"ə çatdırılma xidməti ilə məşğul olan "Mover" MMC şirkətindən məlumat verilib.

 

Şirkətdən qeyd ediblər ki, hazırda sifarişlərin qəbulunda heç bir fasilə yaranmayıb.

 

"Bizim şirkət Türkiyədən gələn sifarişləri gömrük sərhədindən problem olmadan keçirib. Orda sadəcə sənədlərin qaydasında olması tələb olunur və sənədlər qaydasında olduqda malların çıxarılmasında problem yaradılmır" deyə, "Mover"dən bildirilib.

 

Şirkətdən onu da vurğulayıblar ki, əvvəlki qrafik üzrə Türkiyədən sifarişlər qəbul olunur və həftədə iki dəfə Bakı anbarına çatdırılır: "www.mover.az saytı vasitəsilə şirkətimiz və çatdırılma xidməti barədə əlavə məlumat da əldə edə bilərlər".

 

Qeyd edək ki, sosial şəbəkələrdə bəzi çatdırılma şirkətlərinin müştərilərinə müraciət edərək, sifariş olunan mallarının Azərbaycanın gömrük sərhədini keçə bilməməsi barədə məlumatlar yayılıb.

 

Məsələn, “Barami” şirkəti öz müştərilərinə mesaj göndərərək, ABŞ və İngiltərədən sifariş qəbulunu dayandırdığını bildirib.

 

"Camex" şirkəti isə bu barədə məlumat verməsə də, müraciət edən müştərilərdən Türkiyə ilə bağlı sifarişləri qəbul etmir, digər ölkələrdən isə sifarişlərin çatdırılacağı vaxtı dəqiq bildirmir.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • cirkli pullarin yuyulmasina qarsi mubarize meqsedile banklar ucun tovsiyeler hazirlanacaq
    Çirkli pulların yuyulmasına qarşı mübarizə məqsədilə banklar...
  • polad bulbuloglu heyder eliyevin sefirlikdeki cixisi 20 yanvara verilen ilk siyasi qiymet idi
    Polad Bülbüloğlu: “Heydər Əliyevin səfirlikdəki çıxışı 20 Ya...
polad bulbuloglu heyder eliyevin sefirlikdeki cixisi 20 yanvara verilen ilk siyasi qiymet idi polad bulbuloglu heyder eliyevin sefirlikdeki cixisi 20 yanvara verilen ilk siyasi qiymet idi +2
MƏZƏNNƏ
FOREX
/ 19 Yanvar, 2018

USD
1.7001
 
EUR
2.0849
 
RR
0.0301