Nazir: “Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan iqtisadiyyatına 778,1 mln. dollar investisiya yatırıb”

nazir birlesmis ereb emirlikleri azerbaycan iqtisadiyyatina 778 1 mln dollar investisiya yatirib

İqtisadiyyat naziri Şahin Mustafayev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohamed Hamel Alqubaisi ilə görüşüb.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycan-BƏƏ iqtisadi əlaqələrinə, bu ilin aprel ayında Dubayda keçirilmiş Azərbaycan hökuməti və Birləşmiş Ərəb Əmirlikləri hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6 iclasının protokolunda nəzərdə tutulmuş məsələlərin icrasına dair fikir mübadiləsi aparılıb.

 

Ş. Mustafayev bildirib ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında yüksək səviyyəli siyasi münasibətlər və qarşılıqlı səfərlər iki ölkə arasında iqtisadi əməkdaşlığın uğurlu inkişafına əlverişli zəmin yaradır: “İndiyədək ölkələrimiz arasında 40-a yaxın sənəd imzalanıb, Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6 iclası keçirilib, Dubay Ticarət və Sənaye Palatasının xaricdə ilk nümayəndəliyi Bakıda açılıb. Birləşmiş Ərəb Əmirlikləri tərəfindən Azərbaycan iqtisadiyyatına 778,1 mln. dollar, Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə isə 284,4 mln. dollar investisiya qoyulub. Azərbaycanda 255 Birləşmiş Ərəb Əmirlikləri şirkəti qeydiyyata alınıb. Azərbaycan məhsullarının Birləşmiş Ərəb Əmirliklərində təbliği məqsədilə bu ölkəyə iş adamlarından ibarət ixrac missiyası göndərilib, Azərbaycan məhsulları vahid ölkə stendi ilə Dubayda nümayiş olunub, bağlanmış müqavilələr üzrə bir sıra məhsullarına ixracına başlanılıb. Hazırda ölkələrimiz arasında kənd təsərrüfatı, İKT, enerji, ticarət, investisiya qoyuluşu, təhsil və s. sahələrdə əlaqələr uğurla davam edir”.

 

Nazir əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdırıb, mövcud imkanlardan səmərəli istifadə etməklə müxtəlif sahələr üzrə əlaqələrin genişləndirilməsi imkanlarını vurğulayıb.

 

Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohamed Hamel Alqubaisi ölkəsində Azərbaycanla əməkdaşlığa xüsusi önəm verildiyini, əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib, iqtisadi əlaqələrin genişləndirilməsi məsələlərinə dair fikirlərini bölüşüb.

 

Görüşdə Azərbaycan-BƏƏ Biznes Şurasının fəaliyyətinin, ticarət məlumatlarının mübadiləsi və ticarət əlaqələrinin, xüsusilə Azərbaycan məhsullarının BƏƏ-yə ixracının genişləndirilməsi, BƏƏ iş adamları tərəfindən ölkəmizdə yaradılan sənaye parkları və zonalarına investisiya qoyulması imkanları və s. qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xizida 26 gun erzinde 8 064 eded partlamamis herbi sursat askarlanib
    Xızıda 26 gün ərzində 8 064 ədəd partlamamış hərbi sursat aş...
  • bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib
    Bakıda Çexiyanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul k...
bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0209
 
RR
0.0292
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ