Qəbələ və İsmayıllıda 22 nəfərə ailə bizneslərini qurmaq üçün mal və materiallar verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində Qəbələ və İsmayıllı rayonlarında bir qrup işsiz və işaxtaran şəxs ailə bizneslərini qurmaq üçün aktivlərlə (mal və materiallarla) təmin olunub.

 

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bununla əlaqədar Qəbələ rayonunda keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, Qəbələ rayon İcra Hakimiyyətinin, nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxsləri, Qəbələ Turizm və hotelçilik üzrə Peşə Tədris Mərkəzinin direktoru Eyvaz Kazımov, özünüməşğulluq proqramının iştirakçıları, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

Qeyd olunub ki, Azərbaycan prezidenti İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamı ölkəmizdə əmək resurslarının səmərəli məşğulluğunun təminatına yönələn tədbirlərin miqyasının özünüməşğulluq proqramı vasitəsilə daha da genişlənməsinə imkan verib. Bu məqsədlə prezidentin ehtiyat fondundan 6 mln. manat vəsait ayrılıb. Sərəncamın icrası olaraq, nazirlik tərəfindən 2016-cı ilin 1 aprel tarixinədək məşğulluq orqanlarında işsiz və işaxtaran kimi qeydiyyata alınmış və özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensial imkanlara malik şəxslər müəyyən olunub və biznesin təşkili ilə bağlı iki aylıq təlim kurslarına cəlb ediliblər. Beynəlxalq Əmək Təşkilatının baş təlimçisinin iştirakı ilə hazırlanmış təlimçilər tərəfindən keçirilən təlim kurslarında iştirakçılar biznes fəaliyyətinin təşkili ilə əlaqədar zəruri bilik və bacarıqlara yiyələniblər. Kursları başa vuran və qiymətləndirmə zamanı biznes-planları uğurlu hesab edilən işsiz və işaxtaran şəxslərin seçdikləri iqtisadi fəaliyyət növləri üzrə özünüməşğulluq fəaliyyətinin təşkili üçün onların aktivlərlə təminatı işləri aparılır.

 

Müsbət dəyərləndirilən biznes-planların 83,6%-i kənd təsərrüfatı, 9,4%-i xidmət, 6,6%-i istehsal, 0,4%-i ticarət sahələrini əhatə edir. Bu işlərin ilkin mərhələsi kimi, 25 rayon üzrə aktivlərin təqdim olunması prosesi davam etdirilir.

 

O cümlədən Qəbələ və İsmayıllı rayonları üzrə 29 nəfər iştirakçıdan 22-si aktivlərlə təmin edilib. Onlardan 16 nəfərinə heyvandarlıq, 3 nəfərinə arıçılıq, 1 nəfərinə örtülü tərəvəz (istixana) təsərrüfatı qurmaq, 1 nəfərinə kompüter təmiri, çap və poliqrafiya işləri aparmaq, qalan 1 nəfərinə isə qədim xalq sənəti növlərindən biri olan misgərlik fəaliyyəti üçün mal və materiallar təqdim edilib. Hazırda özünüməşğulluq proqramı üzrə uğurlu biznes-planlara malik işsiz və işaxtaran şəxslərə aktivlərin alınıb verilməsi prosesi davam etdirilir.

 

Qəbələ rayon sakini, özünüməşğulluq proqramının iştirakçısı olan Nadir Muştaqov 2016-cı ilin 1 aprel tarixinədək Qəbələ rayon Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata alındığını, özünüməşğulluq proqramında iştirak etmək üçün müraciətinin müsbət qəbul edildiyini bildirib: “Bizə verilən mal və materiallardan düzgün və məqsədyönlü şəkildə istifadə edərək, təsərrüfatımızı daim genişləndirməyə, gəlirlərimizi artırmağa çalışacağıq. Bunun üçün təlim kurslarında da lazımi biliklər əldə etmişik”. Digər iştirakçı Tehran Rüstəmov çoxdandır ki, öz ailə təsərrüfatını qurmaq arzusunda olduğunu, lakin maddi imkanı olmadığından bunu edə bilmədiyini qeyd edib: “İndi öz ailə təsərrüfatımız var və buna çox sevinirik. Yeni qurduğumuz bu təsərrüfatı ildən-ilə inkişaf etdirməyi, özümüzə gəlirli bir biznes qurmağı qarşımıza məqsəd qoymuşuq və bu məqsədə də çatacağıq”.

 

Özünüməşğulluq proqramı çərçivəsində təqdim olunmuş aktivlər hesabına Qəbələ şəhər sakini Abuzər Abdullayevin, rayonun Çuxur Qəbələ kənd sakini Amil Kərimovun, Vəndam qəsəbəsi sakini Elman Niftəliyevin yeni yaradılmış ailə təsərrüfatlarına baxış olub. Baxış zamanı həmin insanların onlara verilmiş mal və materiallardan səmərəli şəkildə istifadə etdikləri, onlarda təsərrüfatlarını ciddi şəkildə idarə etmək, qoruyaraq inkişaf etdirmək əzmi müşahidə edilib. 

 

Daha sonra İsmayıllı rayon İcra Hakimiyyətinin rəsmilərinin iştirakı ilə bu rayonun Talıstan kənd sakini Züleyxa Xəlilovanın, Lahıc qəsəbəsi sakinləri Hafiz Mirzəyevin və Mehdi Mahmudovun özünüməşğulluq proqramı çərçivəsində verilən aktivlər hesabına yaratdıqları ailə təsərrüfatlarına baxış olub. Onlar ailə bizneslərinin qurulması üçün göstərilən böyük dəstəyə görə dövlətimizin başçısına təşəkkürlərini ifadə ediblər. Verilmiş aktivlər hesabına misgərlik üzrə özünüməşğulluq fəaliyyətini quran H.Mirzəyev bildirib ki, özünüməşğulluq proqramı təkcə onlara özünüməşğulluq imkanları yaratmır, həm də ayrı-ayrı iqtisadi fəaliyyət növləri ilə yanaşı, qədim xalq sənəti növlərinin inkişafına da dəstək olur: “Əsrlər boyu misgərlik məşhur xalq sənəti növlərindən biri olub və bu gün çox qürur duyuram ki,  sevdiyim bu sənət növündə işləmək, istehsalla məşğul olmaq üçün mənə belə bir imkan yaradılıb. Bu böyük dəstəyə görə möhtərəm Prezidentimizə təşəkkür edirəm”.

 

Özünüməşğulluq proqramı 1 500 nəfərə yaxın işsiz və işaxtaran vətəndaşın ailə təsərrüfatlarının yaradılması yolu ilə onların, eləcə də ailə üzvlərinin özünüməşğulluğunun təmin olunmasını nəzərdə tutur. Bu sahədə aparılan işlər eyni zamanda əlavə iş yerlərinin yaradılmasına, gələcəkdə vergi və sosial sığorta ödəyicilərinin çoxalmasına, kiçik və orta sahibkarlığın genişlənməsinə hesablanıb.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • ramil quliyev men iki olkenin bayragini ucaltmisam musahibe
    Ramil Quliyev:“Mən iki ölkənin bayrağını ucaltmışam”-MÜSAHİB...
  • azerbaycan ve abs herbi tibb mutexessislerinin gorusu kecirilib
    Azərbaycan və ABŞ hərbi tibb mütəxəssislərinin görüşü keçiri...
azerbaycan ve abs herbi tibb mutexessislerinin gorusu kecirilib azerbaycan ve abs herbi tibb mutexessislerinin gorusu kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 18 Avqust, 2017

USD
1.7008
 
EUR
2.0035
 
RR
0.0286
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ