Tbilisidə Gürcüstan-Türkiyə biznes forumu keçirilir

Tbilisidə Gürcüstan-Türkiyə biznes forumu işə başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir Gürcüstan İş Adamları Assosiasiyası və Türkiyənin Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.

 

Forumu səfir Zeki Levent Gümrükçü açaraq Gürcüstan və Türkiyənin iş adamlarının birgə əməkdaşlığının əhəmiyyətindən və hər iki ölkə arasında biznes mühitinin inkişaf perspektivlərindən danışıb. Sonra Gürcüstan Kənd Təsərrüfatı Nazirinin müavini Qela Xanişvili və türk iş adamları çıxış ediblər. Tədbirdə qeyd olunub ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və digər beynəlxalq layihələr regionun inkişafı üçün böyük əhəmiyyət kəsb edir.

 

Biznes forumda Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin tikintisi və tezliklə istismara verilməsi xüsusi müzakirə mövzusu olub. Tədbirdə Azərbaycan, Türkiyə və Gürcüstanın həyata keçirdiyi ikitərəfli və üçtərəfli layihələrin hər üç ölkənin münasibətlərinə mühüm təsir etdiyi bildirilib.

 

Forumda iki ölkə arasında iqtisadiyyatın bütün sahələrində əməkdaşlıq və azad ticarət rejimi müzakirə olunub.

 

Tədbirdə Gürcüstana Türkiyə investisiyasının yatırılması ilə bağlı biznesin inkişafı məsələləri əsas müzakirə obyekti olub. Forumda Gürcüstana yatırılan investisiyaya görə Türkiyənin ən aparıcı ölkələrdən biri olduğu bildirilib.

 

Tədbirdə Gürcüstan İş Adamları Assosiasiyasının üzvləri, beynəlxalq təşkilatların nümayəndələri, türk iş adamları, Azərbaycan şirkətlərinin rəhbərləri və diplomatik korpus nümayəndələri qatılıblar.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:08 22 Avqust
09:24 22 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agcabedide avtomobil hasara cirpilib xesaret alanlar var
    Ağcabədidə avtomobil hasara çırpılıb, xəsarət alanlar var...
  • fhn bakinin merkezinde magazada bas veren yanginla bagli melumat yayib yenilenib 1
    FHN Bakının mərkəzində mağazada baş verən yanğınla bağlı məl...
fhn bakinin merkezinde magazada bas veren yanginla bagli melumat yayib yenilenib 1 fhn bakinin merkezinde magazada bas veren yanginla bagli melumat yayib yenilenib 1 +2
MƏZƏNNƏ
FOREX
/ 22 Avqust, 2017

USD
1.7008
 
EUR
2.0081
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ