Vergilər Nazirliyi sahibkarlarla bəzi bank əməliyyatları zamanı yaranan çətinlikləri müzakirə edib

vergiler nazirliyi sahibkarlarla bezi bank emeliyyatlari zamani yaranan cetinlikleri muzakire edib

Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentində Bakı şəhəri ərazisində fəaliyyət göstərən sahibkarlarla, eləcə də sahibkarların ictimai birlikləri, assosiasiyaları və qeyri-hökumət təşkilatlarının nümayəndələri görüş keçirilib.

 

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, görüşün məqsədi “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanunun və "Nağdsız hesablaşmalar haqqında qanun"un tətbiqi, Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli qərarı ilə "Elektron qaimə-fakturanın forması" və "Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları", prezidentin 19 aprel 2017-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması" və "Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması" qaydalarının tətbiqi, həmçinin "İnsan Hüquqları Aylığı" ilə bağlı insan hüquq və azadlıqlarının müdafiəsi, o cümlədən sahibkarların hüquqlarının müdafiəsinin daha da möhkəmləndirilməsi istiqamətində müzakirələr aparmaqdan ibarət olub.

 

Tədbirdə çıxış edən vergilər nazirinin müşaviri, Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru Ələkbər Məmmədov bildirib ki, vergi qanunvericiliyində baş vermiş dəyişikliklərin mahiyyətinin iş adamlarına çatdırılması məqsədilə cari ilin əvvəlindən geniş miqyaslı maarifləndirmə və məlumatlandırma təbirləri həyata keçirilməkdədir. Bu məqsədlə bütün vergi ödəyicilərinin elektron qutularına məktublar göndərilir, izahlı praktiki vəsait və bukletlər hazırlanaraq nazirliyin internet saytında, sosial şəbəkələrdə və digər kütləvi informasiya vasitələrində yerləşdirilir.

 

Prezident İlham Əliyevin "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında" sərəncamından irəli gələn məsələlərin həlli ilə bağlı vergi sistemində aparılan islahatlar hüquqi bazanın təkmilləşdirilməsindən tutmuş vergi inzibatçılığının yenidən qurulmasına qədər bütün sahələri əhatə edir. Bu baxımdan əlavə məlumatlandırma tədbirlərinə ehtiyac yarandığını nəzərə alaraq Vergi Məcəlləsinə və digər aidiyyəti normativ hüquqi aktlara edilən dəyişikliklərlə bağlı sahibkarlarla, eləcə də sahibkarların ictimai birlikləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri, iri istehsalçılar, ixrac və topdansatış, tikinti nəqliyyat və logistika, təhsil, səhiyyə, ictimai iaşə və pərakəndə ticarət və s. fəaliyyətlə məşğul olan vergi ödəyiciləri ilə görüşlərin qrafiki hazırlanıb. Qrafikə əsasən may ayının 24-dək Bakı şəhərində, 19-dək isə regionlarda fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

 

Görüşdə sahibkarların və QHT nümayəndələrinin "Nağdsız hesablaşmalar haqqında" qanunun tətbiqi ilə əlaqədar bank hesablarından vəsaitlərin nağdılaşdırılması, belə əməliyyatlara 1 faizlik sadələşdirilmiş verginin tətbiqi ilə bağlı yaranan bir sıra çətinliklər, ictimai iaşə və pərakəndə ticarət fəaliyyəti sahəsində gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı yeni qəbul edilmiş qaydalar, əldə edilən malların, iş və xidmətlərin sənədləşdirilməsi, uçotun şəffaflığının təmin edilməsi ilə bağlı ortaya çıxan sualları cavablandırılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xizida 26 gun erzinde 8 064 eded partlamamis herbi sursat askarlanib
    Xızıda 26 gün ərzində 8 064 ədəd partlamamış hərbi sursat aş...
  • bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib
    Bakıda Çexiyanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul k...
bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0209
 
RR
0.0292
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ