Yevlaxda ərzaq tədarük-təchizatına həsr olunmuş regional müşavirə keçirilib

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC regionlarda fəaliyyət göstərən istehsalçı və satınalan təşkilat nümayəndələri ilə maarifləndirici görüşlər keçirir.

 

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, növbəti regional maarifləndirici müşavirə Yevlax, Ağdaş, Ucar, Göyçay rayonları və Mingəçevir şəhəri üzrə keçirilib. Yevlaxda keçirilmiş müşavirədə cəmiyyətin struktur bölmə rəhbərləri,  satınalan təşkilatlar və yerli icra nümayəndələri daxil olmaqla 200 nəfər iştirak edib.

 

Müşavirədə çıxış etmiş “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin İdarə Heyətinin sədr müavini Xaliq Məmmədov bildirib ki, bütün bölgələrdə keçirilən bu görüşlərin məqsədi regionlarda istehsal-tədarük potensialının aşkara çıxarılması, bölgədə istehsal olunan məhsulların dövlət satınalan təşkilatlarının ərzaq ehtiyacına yönəldilməsi, eləcədə təchizat səviyyəsinin yüksəldilməsi məqsədi ilə təkliflərin dinlənilməsidir. O bildirib ki, hər bir bölgədə yerləşən təhsil müəssisələrinin, körpələr evi-uşaq bağçalarının, xəstəxanaların,  hərbi hissələrin ərzaq təminatı həmin bölgənin istehsal imkanları hesabına təmin olunarsa rayonlara böyük həcmdə vəsaitlər daxil olacaq, yerli istehsal stimullaşacaq. Əsas məqsəd büdcə vəsaitlərinə qənaət, şəffaflığın təmin olunması, kiçik və orta istehsal sahələrinin dəstəklənməsidir.

 

Regional müşavirədə çıxış edən “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin departament müdiri Abbas Hacıyev tədarük prosesinə hazırlıqla bağlı məsələlərdən ətraflı bəhs edib. Cəmiyyət respublikanın istənilən bölgəsində, məhsulun həcmindən asılı olmayaraq, yerindəcə, orta bazar qiymətlərinə uyğun olaraq  fermerlərdən satın alınmasına hazırdır. Məhsulu olan istehsalçılar cəmiyyətə müraciət edərək elektron portalda qeydiyyatdan keçməli, öz təkliflərini yerləşdirməlidirlər. 

 

Daha sonra dövlət satınalan təşkilat nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb, tədarük-təchizat səviyyəsinin daha da yüksəldilməsi ilə bağlı səsləndirilən təkliflər qeydiyyata alınıb, bəzilərinin dərhal icra edilməsi ilə bağlı yerindəcə struktur bölmə rəhbərlərinə tapşırıqlar verilib.

 

Çıxış edənlər yanvar ayından başlamış təchizat sayəsində təhsil müəssisələrində ərzaqla təminatının yüksəldiyini diqqətə çatdırdılar.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sumqayitda avtomobil ehtiyat hisseleri yanib
    Sumqayıtda avtomobil ehtiyat hissələri yanıb
  • emek miqrasiyasi kvotasinin tetbiqi mexanizminin tekmillesdirilmesi uzre aparilan isler teqdim olunub
    Əmək miqrasiyası kvotasının tətbiqi mexanizminin təkmilləşdi...
emek miqrasiyasi kvotasinin tetbiqi mexanizminin tekmillesdirilmesi uzre aparilan isler teqdim olunub emek miqrasiyasi kvotasinin tetbiqi mexanizminin tekmillesdirilmesi uzre aparilan isler teqdim olunub +2
MƏZƏNNƏ
FOREX
/ 25 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0296
 
RR
0.0295
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ