® ADA Universiteti və “Təmiz Şəhər”in birgə təşkil etdiyi Yay Düşərgəsinə start verildi

Bu gün ADA Universiteti və “Təmiz Şəhər” ASC-nin təşkil etdiyi Yay Düşərgəsinin açılışı keçirilib.

 

Tədbirdə çıxış edən ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev yay məktəbinin ADA Universitetinin təhsil standartlarına cavab verdiyini vurğulayaraq, yeniyetmələrin öyrədici və əyləncəli düşərgədə faydalı biliklər əldə edəcəyini bildirib.

 

“Təmiz Şəhər” ASC-nin şöbə müdiri Sabit Zeyniyev yay düşərgələrinin yeniyetmə və gənclər üçün faydaları barədə məlumat verib. Gənclər çox vaxt gələcək karyeralarını bu cür məktəblərdə müəyyən edirlər. “Təmiz Şəhər”in təşkil etdiyi əvvəlki yay məktəblərinin iştirakçılarından bir neçəsi daha sonra səhmdar cəmiyyətdə işləməyə başlayıb.

 

Builki düşərgədə iştirak edəcək 9-14 yaşlı 40 məktəbli 28 iyul tarixinədək düşərgədə olacaqlar.

 

Düşərgə proqramı akademik və yaradıcı hissədən ibarət olacaq. İştirakçılar ümumi dünyagörüşünü, məntiqi təfəkkürünü inkişaf etdirəcək, yeni dostlar qazanacaqlar. Onlara kommunikasiya, media, fotoqrafiya, kompyuter proqram təminatı kimi sahələr üzrə də dərslər keçiləcək.

 

Bununla yanaşı, məktəblilər tullantılarla rəftar, tullantılardan alternativ enerjinin alınması, ətraf mühitin qorunması, Bakıda tullantıların idarə olunması ilə bağlı təlimlərdə iştirak edəcəklər. Onlar Balaxanı qəsəbəsindəki tullantıların çeşidlənməsi və tullantıların yandırılması zavodlarında, Balaxanı Sənaye Parkında iş prosesi ilə yerində tanış olacaqlar. Həmçinin məktəblilər üçün bərk məişət tullantılarından faydalı əşyalar düzəltmək üçün ustad dərsləri təşkil ediləcək, Qala qəsəbəsində yerləşən “Tullantıdan Sənətə” muzeyinə tur təşkil olunacaq. Burada iştirakçılara tullantı materiallarından istifadə edərək müxtəlif əşyaların hazırlanması öyrədiləcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:11 20 Sentyabr
23:25 19 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • meksikada zelzelede olenlerin sayi 149 neferi kecib yenilenib 3
    Meksikada zəlzələdə ölənlərin sayı 149 nəfəri keçib - YENİL...
  • socar yeralti anbarlardaki qazin hecmini aciqlayib
    SOCAR yeraltı anbarlardakı qazın həcmini açıqlayıb
socar yeralti anbarlardaki qazin hecmini aciqlayib socar yeralti anbarlardaki qazin hecmini aciqlayib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0368
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ