® “Prokon” şirkəti “SOCAR Polymer” üçün layihəni uğurla həyata keçirib

174 prokon sirketi socar polymer ucun layiheni ugurla heyata kecirib

“Prokon” şirkəti “SOCAR Polymer” üçün Polipropilen/Yüksək sıxlıqlı polietilen istehsalı layihəsi çərçivəsində son məhsul anbarının mühəndis-layihələndirmə, təchizat və tikinti işlərini uğurla bitirib.

 

Sumqayıtda Polipropilen və Yüksək sıxlıqlı polietilen istehsalı zavodunun şərq hissəsində yerləşən son məhsul anbarı ölçüsü 84 x 176 m. və daxili minimum hündürlüyü 6 m. olmaqla istehsal olunmuş hazır məhsulların saxlanılması üçün nəzərdə tutulub.

 

Bu layihəyə 2016-cı ilin avqust ayında başlanılmışdır və layihə mühəndis-layihələndirmə, təchizat, tikinti, metal konstruksiyaların hazırlanması və quraşdırılması, habelə yerli hakimiyyət orqanlarından müvafiq icazələrin alınmasını əhatə edib. Layihə üzrə aparılmış işlər çərçivəsində PROKON şirkəti mühəndislik, torpaq işləri, söküntü işləri, suyun kənarlaşdırılması və qoruyucu maneələrin quraşdırılması kimi işləri özündə ehtiva edən tikinti meydançasının hazırlanması, mülki-tikinti və torpaq işləri mərhələlərini uğurla bitirib.

 

PROKON şirkəti “SOCAR Polymer” son məhsul anbarının tikintisi çərçivəsində zaman və əmək qabiliyyəti itkisi (LTİ) olmadan 350 000-dən artıq işçi-saat sərf etməklə layihənin icrasına öz töhfəsini verib. Rəhbərlik tərəfindən qoyulmuş dəqiq təlimatlar, layihəyə cəlb edilmiş mütəxəssislərin təhlükəsizlik mədəniyyətinə və qızıl təhlükəsizlik qaydalarına sadiqliyi bu nailiyyətin əldə olunmasını mümkün edib.

 

PROKON, Nobel Oil Services şirkətinin tikinti və layihələrin idarə olunması üzrə törəmə müəssisəsi kimi 2012-ci ildə fəaliyyətə başlamışdır. PROKON şirkəti tezliklə yerli bazarda irimiqyaslı “daunstrim” obyektləri tikib istismara vermək imkanlarına malik aparıcı tikinti şirkətlərindən birinə çevrilmişdir. PROKON-nun ən son iştirak etdiyi layihələr sırasına SOCAR Karbamid zavodun tikintisi, rezervuarların quraşdırılması və sair işlər daxildir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • leyla eliyeva saglamliq imkanlari mehdud usaqlarla gorusub
    Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb...
  • qezzada toqqusmalar neticesinde 4 felestinli olub 445 i xesaret alib
    Qəzzada toqquşmalar nəticəsində 4 fələstinli ölüb, 445-i xəs...
qezzada toqqusmalar neticesinde 4 felestinli olub 445 i xesaret alib qezzada toqqusmalar neticesinde 4 felestinli olub 445 i xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 21 Aprel, 2018

USD
1.7
 
EUR
2.0981
 
RR
0.0279