Aİ rəsmisi: "Xəzər dənizindən birbaşa Avropaya qazın gətirilməsi başlıca prioritet olaraq qalır"

ai resmisi xezer denizinden birbasa avropaya qazin getirilmesi baslica prioritet olaraq qalir

Bu ilin aprelin 12-də Brüssel şəhərində 4-cü Avropa İttifaqı (Aİ) Enerji Sammiti keçirilib.

 

"APA-Economics"in məlumatına görə, sammitdə açılış nitqi ilə Avropa Komissiyasının iqlim dəyişikliyi və enerji komissarı Miqel Ariyes Kanyete, Bolqarıstanın enerji nazirinin müavini Jeço Stankov, Avropa Parlameninin Sənaye, Tədqiqatlar və Enerji Komitəsinin sədri Yerji Buzek çıxış ediblər.

 

M.A.Kanyete çıxışında daha təmiz və davamlı enerjiyə keçidin zəruri olduğunu, bununla belə Aİ qonşuluğunda baş verən geosiyasi qeyri-müəyyənliklərin bu prosesi sürətləndirməli olduğunu bildirib. Bununla belə qeyd edilib ki, Aİ daxilində üzvi mənşəli yanacaq istehsalı və istehlakının azalması heç də həmin yanacağın idxalının azaldılması sürəti ilə eyni olmayacaq. Belə ki, 2016-cı ildə Aİ enerji istehlakının 72%-ni neft, qaz və kömür hesabına təmin edib. Həmin ildə istehlak olunan neftin 88%, təbii qazın isə 40% idxal hesabına ödənilib. İdxal olunan təbii qazın 42% Rusiya, 34% Norveç, 13% mayeləşdirilmiş təbii qaz (LNG) formasında, 11% Əlcəzair və Liviyadan təmin edilib. 

 

Komissar bildirib ki, əgər orta və uzunmüddətli perspektivdə əsas hədəf Aİ-nin enerji istehlakını hidrokarbon resurslarının idxalından asılılığından azad etməkdirsə qısamüddətli perspektiv üçün əsas məqsəd idxalın şaxələndirilmiş təchizatçılardan təmin edilməsidir. Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi Aİ-nin şaxələndirmə səylərində vacib layihə rolunu oynayır. M. Kanyete qeyd edib ki, artıq Şimal-Cənub (Polşanın Baltik dənizi sahillərindən LNG və sıxılmış təbii qazın (CNG) Qara və Egey dənizi ölkələrinə nəqli nəzərdə tutulur) və Şərq qaz dəhlizləri (Rusiya) işləyir: "Hazırda Xəzər dənizi regionundan birbaşa Avropaya qazın gətirilməsi başlıca prioritet olaraq qalır. İlk qazın bu yay Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatması bu işə cəlb olunmuş hər kəsin uğurunun ölçüsü olacaq".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:07 22 Aprel
Video
12:28 21 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goranboyda mikroavtobus vaz la toqqusub 3 nefer xesaret alib yenilenib
    Goranboyda mikroavtobus "VAZ"la toqquşub, 3 nəfər xəsarət al...
  • tbiliside enenevi cay festivali kecirilib
    Tbilisidə ənənəvi Çay festivalı keçirilib
tbiliside enenevi cay festivali kecirilib tbiliside enenevi cay festivali kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Aprel, 2018

USD
1.7
 
EUR
2.0981
 
RR
0.0279