ARDNF-nin yeni müqavilə üzrə AÇG-dən bonus əldə edəcəyi tarix məlum olub

ardnf nin yeni muqavile uzre acg den bonus elde edeceyi tarix melum olub

Azərbaycan Respublikası Dövlət Neft  Fondu (ARDNF) 2050-ci ilə qədər Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunun işlənməsi üzrə yeni müqaviləyə əsasən ilk bonusu 2018-ci il yanvarın 31-də əldə edəcək.

 

“APA-Economics” “İnterfax” agentliyinə istinadən xəbər verir ki, yeni müqavilənin şərtlərinə görə, 2018-2025-ci illərdə ARDNF hər il 450 mln. dollar və ya 774 mln. manat olmaqla ümumilikdə bonus şəklində 3,6 mlrd. dollar əldə edəcək.

 

Qeyd edək ki, Azəri, Çıraq və dərinsulu Günəşli yataqlar blokunun işlənməsin dair müqavilə 1994-cü il 20 sentyabr tarixində imzalanıb və həmin ilin 12 dekabrında qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə yekunlaşmalı idi. 2017-ci ilin 14 sentyabrında Azərbaycan hökuməti və tərəfdaşlar arasında Azəri, Çıraq və dərinsulu Günəşli üzrə dəyişdirilmiş və yenidən işlənmiş hasilatın pay bölgüsü sazişini imzalanıb.

 

Saziş təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların yeni iştirak payları belədir: BP - 30,37%; AzACG (SOCAR) - 25%, "Chevron" - 9,57%, "Inpex" - 9,31%, "Statoil" - 7,27%, "ExxonMobil" - 6,79%, TP - 5,73%, "Itochu" - 3,65%, "ONGC Videsh Limited" (OVL) - 2,31%. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:11 22 Aprel
09:07 22 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • acg den indiyedek 453 mln ton neft ve 144 mlrd kubmetr qaz hasil edilib
    AÇG-dən indiyədək 453 mln. ton neft və 144 mlrd. kubmetr qaz...
  • celilabadda 42 min ehalinin yasadigi kendlerin yollari yeniden qurulur
    Cəlilabadda 42 min əhalinin yaşadığı kəndlərin yolları yenid...
celilabadda 42 min ehalinin yasadigi kendlerin yollari yeniden qurulur celilabadda 42 min ehalinin yasadigi kendlerin yollari yeniden qurulur +2
MƏZƏNNƏ
FOREX
/ 23 Aprel, 2018

USD
1.7
 
EUR
2.0862
 
RR
0.0278