Azərbaycan dünya bazarlarına 460 mln. ton neft ixrac edib

azerbaycan dunya bazarlarina 460 mln ton neft ixrac edib

Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənilməsinə başlanıldığı 1997-ci ilin noyabrından 2017-ci ilin dekabrın 1-nə kimi olan müddətdə 445 mln. ton neft və 140 mlrd. kubmetr səmt qazı hasil edilib.

 

“APA-Economics”in məlumatına görə, bunu SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə “Respublika” qəzetində dərc olunan məqaləsində bildirib.

 

Onun sözlərinə görə, AÇG-dən hasil olunan ümumi neftin 250 mln. tonu və ya 56%-i Azərbaycanın mənfəət neftinin payına düşür: “2017-ci ilin dekabrın 1-nə Azərbaycanın dünya bazarlarına ixrac etdiyi 460 mln. ton neftin 350 mln. tonu Bakı-Tbilsii-Ceyhan əsas boru kəməri vasitəsilə ixrac edilib.    

 

Qeyd edək ki, Azəri, Çıraq və dərinsulu Günəşli yataqlar blokunun işlənməsin dair müqavilə 1994-cü il 20 sentyabr tarixində imzalanıb və həmin ilin 12 dekabrında qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə yekunlaşmalı idi. 2017-ci ilin 14 sentyabrında Azərbaycan hökuməti və tərəfdaşlar arasında Azəri, Çıraq və dərinsulu Günəşli üzrə dəyişdirilmiş və yenidən işlənmiş hasilatın pay bölgüsü sazişini imzalanıb.

 

Saziş təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların yeni iştirak payları belədir: BP - 30,37%; AzACG (SOCAR) - 25%, "Chevron" - 9,57%, "Inpex" - 9,31%, "Statoil" - 7,27%, "ExxonMobil" - 6,79%, TP - 5,73%, "Itochu" - 3,65%, "ONGC Videsh Limited" (OVL) - 2,31%.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:11 22 Aprel
09:07 22 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • acg den indiyedek 453 mln ton neft ve 144 mlrd kubmetr qaz hasil edilib
    AÇG-dən indiyədək 453 mln. ton neft və 144 mlrd. kubmetr qaz...
  • celilabadda 42 min ehalinin yasadigi kendlerin yollari yeniden qurulur
    Cəlilabadda 42 min əhalinin yaşadığı kəndlərin yolları yenid...
celilabadda 42 min ehalinin yasadigi kendlerin yollari yeniden qurulur celilabadda 42 min ehalinin yasadigi kendlerin yollari yeniden qurulur +2
MƏZƏNNƏ
FOREX
/ 23 Aprel, 2018

USD
1.7
 
EUR
2.0862
 
RR
0.0278