“Azərbaycan İpoteka Fondu”nun xətti ilə indiyədək 944 mln. manatlıq ipoteka krediti verilib

azerbaycan ipoteka fondu nun xetti ile indiyedek 944 mln manatliq ipoteka krediti verilib

“Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) müvəkkil kredit təşkilatları tərəfindən 2006-2017-ci illər ərzində 21 268 ipoteka krediti verilib.

 

“APA-Economics” Fondun saytına istinadən xəbər verir ki, hesabat dövrü ərzində AİF xətti ilə ümumilikdə  944 mln. 258 min 988 manatlıq ipoteka krediti verilib.

 

Qeyd edək ki, prezident İlham Əliyev "Azərbaycan İpoteka Fondu" ASC-nin yaradılması haqqında" 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə ötən ilin dekabrın 26-da fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondu yaradılıb. 

 

Xatırladaq ki, Azərbaycan İpoteka Fondu 2005-ci ilin dekabr ayında yaradılıb və 2006-cı ilin mart ayından ipoteka kreditlərinin verilməsinə başlanıb.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

08:52 24 Yanvar
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prokuror ata ve qizini qetle yetiren sexse omurluk ceza isteyib
    Prokuror ata və qızını qətlə yetirən şəxsə ömürlük cəza istə...
  • vekiller kollegiyasinin rehberliyi konstitusiya mehkemesinde olub
    Vəkillər Kollegiyasının rəhbərliyi Konstitusiya Məhkəməsində...
vekiller kollegiyasinin rehberliyi konstitusiya mehkemesinde olub vekiller kollegiyasinin rehberliyi konstitusiya mehkemesinde olub +2
MƏZƏNNƏ
FOREX
/ 24 Yanvar, 2018

USD
1.7001
 
EUR
2.0948
 
RR
0.0302