Azərbaycan ötən il Ukraynaya 377 mln. dollarlıq neft ixrac edib

azerbaycan oten il ukraynaya 377 mln dollarliq neft ixrac edib

2017-ci ildə Azərbaycan Ukraynaya 376,877 mln. dollarlıq neft ixrac edib.

 

“APA-Economics” Ukrayna KİV-nə istinadən xəbər verir ki, ötən il Ukrayna ümumilikdə  442,219 mln. dollarlıq 1 mln. ton neft idxal edib.

 

Bu idxalın 376,877 mln. dolları Azərbaycan, 37,707 mln. dolları İran, 17,504 mln. dolları Qazaxıstan, 10,131 mln. dolları isə digər ölkələrin payına düşür. Bildirilir ki, Ukraynanın 2017-ci ilin dekabrında idxal etdiyi neftin böyük hissəsi - 43,510 mln. dolları Azərbaycanın payına düşür.

 

Qeyd edək ki, 2016-cı ilin sonunda “Ukrtransneft” və “Ukrtatnafta” şirkətləri arasında “Azərlayt” markalı neftin 2017-ci ilin əvvəlindən “Şimal” (Odessa) terminalından “Kremençuqskiy” neft emalı zavoduna nəqli ilə razılıq əldə olunub. 2017-ci ilin martın 10-dan isə Azərbaycan neftinin “Şimal” (Odessa) terminalından “Kremençuqskiy” neft emalı zavoduna nəqlinə başlanılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:11 22 Aprel
09:07 22 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • acg den indiyedek 453 mln ton neft ve 144 mlrd kubmetr qaz hasil edilib
    AÇG-dən indiyədək 453 mln. ton neft və 144 mlrd. kubmetr qaz...
  • celilabadda 42 min ehalinin yasadigi kendlerin yollari yeniden qurulur
    Cəlilabadda 42 min əhalinin yaşadığı kəndlərin yolları yenid...
celilabadda 42 min ehalinin yasadigi kendlerin yollari yeniden qurulur celilabadda 42 min ehalinin yasadigi kendlerin yollari yeniden qurulur +2
MƏZƏNNƏ
FOREX
/ 23 Aprel, 2018

USD
1.7
 
EUR
2.0862
 
RR
0.0278