Azərbaycanda benzin istehsalı 17% artıb

azerbaycanda benzin istehsali 17 artib

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanın neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 401 mln. manat olmaqla əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 6,1% azalıb.


Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu il ölkədə 210,1 min ton avtomobil benzini istehsal olunub ki, bu da daha əvvəlki ilin 2 ayı ilə müqayisədə 17% çoxdur. Nəticədə bu ilin martın 1-nə 50,4 min ton məhsul ehtiyatı yaranıb.

 

Bu ilin yanvar-fevral ayları ildə Azərbaycanda 316,4 min ton dizel yanacağı istehsal edilib. Bu, 2016-cı ilin 2 ayı ilə müqayisədə 13,6% azdır. Nəticədə bu ilin martın 1-nə 76,6 min ton hazır məhsul ehtiyatı yaranıb.

 

Bu il Azərbaycanda ağ neftin istehsalı 7,3% azalıb. Belə ki, bu ilin 2 ayı ərzində ölkədə 105,2 min ton ağ neft istehsal olunub ki, bu ilin martın 1-nə 27,4 min ton hazır məhsul ehtiyatı yaranıb.

 

Bu ilin iki ayı ərzində ölkədə neft bitumunun istehsalında 46% azalaraq 10,8 min ton təşkil edib. Nəticədə martın 1-nə 10,9 min ton hazır məhsul ehtiyatı yaranıb.

 

Bu il ərzində ölkədə sürtgü yağlarının istehsalı 2016-cı il ilin 2 ayı ilə müqayisədə 3,3 dəfə artıb. Belə ki, 2 ay ərzində 3 min ton sürtgü yağları istehsal olunub ki, nəticədə bu ilin martın 1-nə 6,6 min ton hazır məhsul ehtiyatı yaranıb.

 

Bu il ərzində Azərbaycanda neft məhsullarının istehsalında neft-kimya sənayesində istifadə üçün benzinin istehsalında artım qeydə alınıb. Belə ki, bu il ərzində 33,9 min ton neft-kimya sənayesində istifadə üçün benzini istehsal olunub ki, bu da 2016-cı ilin 2 ayı ilə müqayisədə 21,9% çoxdur. Nəticədə bu ilin martın 1-nə 1 min ton hazır məhsul ehtiyatı yaranıb.

 

Bu ilin iki ayı ərzində Azərbaycanda 144,9 min ton yanacaq mazutu istehsal edilib ki, bu da daha əvvəlki ilin 2 ayı ilə müqayisədə 37% azalma deməkdir. Nəticədə bu ilin martın 1-nə 9,2 min ton hazır məhsul ehtiyatı yaranıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

00:02 23 Sentyabr
21:32 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xizida bir gunde 616 eded partlamamis herbi sursat askarlanib
    Xızıda bir gündə 616 ədəd partlamamış hərbi sursat aşkarla...
  • goranboy sakini yaniq xesaretleri alib
    Goranboy sakini yanıq xəsarətləri alıb
goranboy sakini yaniq xesaretleri alib goranboy sakini yaniq xesaretleri alib +2
MƏZƏNNƏ
FOREX
/ 24 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ