Azərbaycanda neft hasilatı 7,3% azalıb

azerbaycanda neft hasilati 7 3 azalib

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda sənaye sahəsində 6,5 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,7% az sənaye məhsulu istehsal edilib.

 

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 5% artıb, neft sektorunda isə 5,1% azalıb.

 

Sənaye məhsulunun 71,8%-i mədənçıxarma sektorunda, 22,5%-i emal sektorunda, 5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda neft hasilatı 7,3% azalıb, əmtəəlik qaz hasilatı isə 5,3% artıb.

 

Emal sektorunda qida məhsullarının istehsalı 1%, içkilərin istehsalı 59,8%, toxuculuq sənayesi məhsullarının istehsalı 2,6 dəfə, geyim istehsalı 48,5%, ağacın emalı və ağacdan məmulatların istehsalı 46,7%, kağız və karton istehsalı 4,6%, əczaçılıq məhsullarının istehsalı 58,9%, rezin və plastik kütlə məmulatlarının istehsalı 82,3%, tikinti materiallarının istehsalı 71,2%, metallurgiya sənayesi məhsullarının istehsalı 23%, kompüter və elektron məhsulların istehsalı 82,8%, elektrik avadanlıqlarının istehsalı 3,4 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 25,6%, mebel istehsalı 73,2% artıb, tütün məmulatlarının istehsalı 63,5%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 36,2%, poliqrafiya məhsullarının istehsalı 66,1%, neft məhsullarının istehsalı 6,1%, kimya sənayesi məhsullarının istehsalı 6,7%, hazır metal məmulatlarının istehsalı 11,0%, maşın və avadanlıqların istehsalı 66,2%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 53,7% azalıb.

 

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,3 faiz artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,3% azalıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • baki seheri 8 nomreli tam orta mektebe kerim kerimovun adi verilib
    Bakı şəhəri 8 nömrəli tam orta məktəbə Kərim Kərimovun adı v...
  • uzeyir hacibeyli ix beynelxalq musiqi festivali basa catib
    Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı başa çatıb...
uzeyir hacibeyli ix beynelxalq musiqi festivali basa catib uzeyir hacibeyli ix beynelxalq musiqi festivali basa catib +2
MƏZƏNNƏ
FOREX
/ 27 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.016
 
RR
0.0296
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ