"Azərişıq" gücləndirilmiş iş rejiminə keçir

azerisiq guclendirilmis is rejimine kecir

"Azərişıq" ASC Novruz bayramı günlərində ehtiyat tədbirlərini gücləndirəcək.

 

ASC-dən "APA-Economics"ə verilən məlumata görə, bu məqsədlə dövlət şirkətinin Mərkəzi Aparatı və Regional Enerji Təchizatı və Satışı İdarələri (RETSİ) üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil ediləcək.

 

"Qarşıya qoyulan vəzifə qeyri-iş günlərində enerji istehlakçılarının, bayram tədbirlərinin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının dərhal alınmasıdır. Elektrik şəbəkələrində normal iş rejiminin təmin olunması məqsədilə RETSİ-lər üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndiriləcək və müvafiq tədbirlər görüləcək. Baş vermiş qəzaların (199 – çağrı mərkəzi) nəticələrinin aradan  qaldırılması halları istisna olmaqla, bayram günlərində tədbirlərin keçirildiyi yerlərdə aparılması planlaşdırılan işlərin müvəqqəti olaraq dayandırılması da təmin ediləcək", - deyə məlumatda qeyd edilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

00:02 23 Sentyabr
21:32 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xizida bir gunde 616 eded partlamamis herbi sursat askarlanib
    Xızıda bir gündə 616 ədəd partlamamış hərbi sursat aşkarla...
  • goranboy sakini yaniq xesaretleri alib
    Goranboy sakini yanıq xəsarətləri alıb
goranboy sakini yaniq xesaretleri alib goranboy sakini yaniq xesaretleri alib +2
MƏZƏNNƏ
FOREX
/ 24 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ