"Barclays" Brent markalı neftin qiyməti üzrə proqnozunu 30 dollar azaldıb

barclays brent markali neftin qiymeti uzre proqnozunu 30 dollar azaldib

Dünya birjalarında neft ucuzlaşmaqdadır.

 

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,25 dollar və ya 0,56% azalaraq 44,15 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,28 dollar və ya 0,60% azalaraq 46,60 dollar olub.

 

Neftin ucuzlaşmasına səbəb bazarda təklifin artmasıdır. "Goldman Sachs" investisiya bankının analitikləri Demyen Kurvalin və Ceffri Karri hesab edirlər ki, OPEC hasilatın azaldılmasına dair əlavə addımlar atmazsa, neftin qiyməti 40 dollardan aşağı da enə bilər.

 

"Barclays" bankı isə Brent markalı neftin 2020-ci il üzrə qiymətinə dair proqnozunu 82 dollardan 52 dollara endirib. Bununla yanaşı, bankirlər 2021-2025-ci illər ərzində neft bazarında tarazlığın bərpa olunacağını gözləyir. Proqnoza əsasən, qeyd edilən dövrün sonuna Brent markalı neftin qiyməti 70 dollaradək yüksələcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:11 20 Sentyabr
23:25 19 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • meksikada zelzelede olenlerin sayi 149 neferi kecib yenilenib 3
    Meksikada zəlzələdə ölənlərin sayı 149 nəfəri keçib - YENİL...
  • socar yeralti anbarlardaki qazin hecmini aciqlayib
    SOCAR yeraltı anbarlardakı qazın həcmini açıqlayıb
socar yeralti anbarlardaki qazin hecmini aciqlayib socar yeralti anbarlardaki qazin hecmini aciqlayib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0368
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ