“Botaş” və “Qazprom” “Türk axını”nın maliyyələşdirilməsinə dair razılığa gəliblər

botas ve qazprom turk axini nin maliyyelesdirilmesine dair raziliga gelibler

Türkiyənin “Botaş” və Rusiyanın “Qazprom” şirkətləri “Türk axını” qaz kəmərinin maliyyələşdirilməsinə dair razılığa gəliblər.

 

APA-nın məlumatına görə, bu barədə RİA Novosti agentliyinə “Botaş” şirkətinin baş direktoru Burhan Özcan bildirib.

 

“Biz artıq “Qazprom”la razılıq əldə etmişik. Lakin hələ ki, mən faizlər ilə bağlı konkret rəqəmləri açıqlaya bilmərəm”, deyə B.Özcan qeyd edib. Onun sözlərinə görə, “Türk axını” boru layihəsinin ikinci xəttinə dair  proses müsbət surətdə davam edir.

 

Xatırladaq ki, tərəflər "Türk axını" layihəsinin reallaşdırılmasına dair hökumətlərarası sazişi 2016-cı il, oktyabrın 10-da imzalayıb. Sənəd Qara dənizin dibi ilə hər biri 15,75 mlrd. kubmetr ötürmə gücünə malik iki magistral qaz xəttinin tikintisini nəzərdə tutur. Bu xətlərdən biri Türkiyə bazarı, digəri isə ölkə üzərindən keçməklə Avropa ölkələri üçün nəzərdə tutulub. İkinci xəttin inşası Avropanın Rusiya qazında maraqlı olmasından asılı olacaq.   

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:11 20 Sentyabr
23:25 19 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • meksikada zelzelede olenlerin sayi 149 neferi kecib yenilenib 3
    Meksikada zəlzələdə ölənlərin sayı 149 nəfəri keçib - YENİL...
  • socar yeralti anbarlardaki qazin hecmini aciqlayib
    SOCAR yeraltı anbarlardakı qazın həcmini açıqlayıb
socar yeralti anbarlardaki qazin hecmini aciqlayib socar yeralti anbarlardaki qazin hecmini aciqlayib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0368
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ