BP AÇG və "Şahdəniz"ə yatırdığı investisiyaları açıqlayıb

bp acg ve sahdeniz e yatirdigi investisiyalari aciqlayib

2006-cı ilin iyun ayından bu ilin analoji ayının sonuna kimi Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə Qazaxıstan və Türkmənistandan da gələn həcmlər daxil olmaqla ümumilikdə təxminən 2,7 mlrd. barrel, yəni 365 mln. tondan artıq xam neft ixrac olunub.


"APA-Economics" xəbər verir ki, bunu BP-nin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Qəri Counz bildirib.

"Tərəfdaşlarımızla birlikdə Azərbaycan hökumətinin adından Azəri-Çıraq-Günəşli neft və "Şahdəniz" qaz əməliyyatçıları kimi BP şirkəti 67 mlrd. dollardan artıq investisiya yatırıb və 3,2 mlrd. barreldən çox neft, 85 mlrd. kubmetr qaz, 30 mlrd. kubmetrdən çox səmt qazı və təxminən 170 mln. barrel kondensat hasil edib. Qoyulmuş bu investisiya və səylər nəticəsində dənizdə və quruda yerləşən dünya səviyyəli qurğular, o cümlədən 7 dəniz platforması, 3 emal terminalı və 3 iri ixrac boru kəməri inşa edilib", - deyə o vurğulayıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:25 20 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • erdogan beser esedi destekleyen quvvelerin afrinden geri cekilmesinden danisib
    Ərdoğan Bəşər Əsədi dəstəkləyən qüvvələrin Afrindən geri çək...
  • penitensiar xidmetin erazisinde yangin sondurulub yenilenib
    Penitensiar Xidmətin ərazisində yanğın söndürülüb - YENİLƏNİ...
penitensiar xidmetin erazisinde yangin sondurulub yenilenib penitensiar xidmetin erazisinde yangin sondurulub yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Fevral, 2018

USD
1.7001
 
EUR
2.106
 
RR
0.0301