Çovdar mədənindən hasil olunacaq qızıl və gümüşün həcmi açıqlanıb

covdar medeninden hasil olunacaq qizil ve gumusun hecmi aciqlanib

"AzerGold" QSC tərəfindən mədən və yataqlarla bağlı görüləcək işlərin plan və qarşıya qoyduğu hədəfləri əks etdirən 5 illik ortamüddətli strategiya planı hazırlanıb.


"APA-Economics" Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabata istinadən xəbər verir ki, bu strategiyanın tərkib hissəsi kimi 2017-ci il üçün Çovdar qızıl mədənində qiymətli metal filizinin  yerüstü oksid hissəsinin istifadəsi nəticəsində 40 min unsiya (1286 kq) qızıl və 60 min unsiya (1929 kq) gümüşün hasil edilməsi proqnozlaşdırılır.

 

“Sonrakı illərdə QSC digər filiz mədənlərinin (Balakən rayonunun Kohnəmədən sahəsində yerləşən Filizçay və Mazımçay yataqları və Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşən Göydağ filiz sahəsi) istismarı ilə əlaqədar işlərin həyata keçirilməsini planlaşdırır.

 

Qeyd edək ki, prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamına əsasən yaradılan "AzerGold" QSC ölkə ərazisində 6 qiymətli və əlvan metal filiz (Gədəbəydə Qaradağ, Naxçıvanda Göydağ, Qazaxda Dağkəsəmən filiz sahələri, Balakəndə Köhnəmədən sahəsi, Göygöldə Kürəkçay hövzəsi, Daşkəsəndə Çovdar) mədənlərindən istifadə hüququ əldə edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • baki seheri 8 nomreli tam orta mektebe kerim kerimovun adi verilib
    Bakı şəhəri 8 nömrəli tam orta məktəbə Kərim Kərimovun adı v...
  • uzeyir hacibeyli ix beynelxalq musiqi festivali basa catib
    Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı başa çatıb...
uzeyir hacibeyli ix beynelxalq musiqi festivali basa catib uzeyir hacibeyli ix beynelxalq musiqi festivali basa catib +2
MƏZƏNNƏ
FOREX
/ 27 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.016
 
RR
0.0296
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ