Energetika Nazirliyi İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülmə vaxtını elan edib

energetika nazirliyi ictimai sura uzvluyune namizedlerin ireli surulme vaxtini elan edib

Energetika Nazirliyinin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, nazirliyin fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə İctimai Şuranın yaradılması prosesinə başlanıb.

 

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, “İctimai iştirakçılıq haqqında" qanuna (22 noyabr 2013-cü il, № 816-IVQ), bu qanunun tətbiqi barədə Azərbaycan prezidentinin 16 yanvar 2014-cü il tarixli, 89 nömrəli fərmanına və Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş "İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə"yə uyğun olaraq  Energetika Nazirliyi yanında İctimai Şura üzvülüyünə namizədlərin irəli sürülməsi prosesinə 22 may 2017-ci il tarixindən başlanacaq. Namizədlərin irəli sürülməsi və qeydə alınması prosesi 20 iş günü müddətində, yəni 20 iyunda yekunlaşacaq. Müvafiq sahədə fəaliyyət göstərən hər bir vətəndaş cəmiyyəti institutu İctimai Şura üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər. Hər bir vətəndaş cəmiyyəti institutu müraciətinə ictimai şuranın üzvülüyünə irəli sürdüyü namizədin şəxsiyyət vəsiqəsinin surətini, tərcümeyi-halını, hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvlüyünü təsdiq edən sənədin surətini əlavə etməlidir. Bütün bunlardan əlavə, namizəd barədə ətraflı məlumat verən digər sənədlər də təqdim oluna bilər.

 

İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülməsi ilə bağlı müraciətlərin Energetika Nazirliyinə onlayn qaydada, yaxud şəxsən təqdim olunması mümkündür. Ünvan: Bakı şəhəri Ü.Hacıbəyov küç. 40

Hökumət Evi AZ1000

Tel: (994 12) 598-16-53/54/55

Faks: (994 12) 598-16-78

E-poçt: minenergy @ minenergy.gov.az

 

İctimai Şuraya namizədliyi irəli sürmüş şəxsin qeydiyyatına Seçki Komissiyası  tərəfindən üç gün müddətində baxılacaq və müvafiq qərar qəbul ediləcək. İctimai Şuraya seçkilər namizədlərin irəli sürülməsi və qeydiyyat prosesi başa çatdıqdan sonra bir ay müddətində keçiriləcək.

Qeyd edək ki, energetika naziri Natiq Əliyevin müvafiq əmri ilə İctimai Şuraya seçkilərin təşkili məqsədilə Energetika Nazirliyi və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri daxil olmaqla 9 nəfərdən ibarət Seçki Komissiyası yaradılıb.

 

Energetika Nazirliyi yanında İctimai Şuraya seçkilərin keçirilməsi və seçilən vətəndaş cəmiyyəti institutları ilə bağlı məlumatlar nazirliyin rəsmi internet səhifəsində (http://www.minenergy.gov.az/) mütəmadi yerləşdiriləcək. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

00:02 23 Sentyabr
21:32 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev milli komandamizin oyununa baxib
    Prezident İlham Əliyev milli komandamızın oyununa baxıb
  • bakida is yerine velosipedle adli veloyurus kecirilib
    Bakıda “İş yerinə velosipedlə!” adlı veloyürüş keçirilib...
bakida is yerine velosipedle adli veloyurus kecirilib bakida is yerine velosipedle adli veloyurus kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ