Energetika Nazirliyində struktur islahatları aparılıb

energetika nazirliyinde struktur islahatlari aparilib

Ölkədə həyata keçirilən islahatlara uyğun olaraq, energetika sektorunda müasir tələblərə uyğun idarəetmə mexanizminin qurulması, bu sahədə fəaliyyətin səmərəlilik və çevikliyinin artırılması, eləcə də Energetika Nazirliyi aparatının optimallaşdırılması məqsədilə qurumun yeni strukturu təsdiqlənib. 

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, aparılan islahatlar çərçivəsində nazirliyin aparatında bir sıra yeni şöbə və sektorlar yaradılıb. Yeni yaradılmış struktur vahidlərindən biri  nazirliyin fəaliyyət istiqamətləri ilə bağlı olan neft-kimya şöbəsidir.

 

Bundan başqa, nazirlikdə iş prosesinin səmərəlilik və şəffaflığını təmin edəcək xidməti yoxlamalar və inzibati-təşkilati nəzarət sektorlarından ibarət daxili nəzarət şöbəsi, vətəndaşlarla fəal kommunikasiya məqsədilə Çağrı Mərkəzi, vətəndaşların qəbulu işinin təşkili sektorları formalaşdırılıb. Bununla yanaşı bir sıra şöbələr birləşdirilib və yenidən təşkil olunub. Yeni strukturda ştat vahidlərinin sayı olduğu kimi saxlanıb.

 

"Aparılan dəyişikliklər Nazirliyin qarşısında duran vəzifələrin keyfiyyətlə və operativ şəkildə yerinə yetirilməsinə imkan yaradacaq", - deyə məlumatda vurğulanıb. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:11 22 Aprel
09:07 22 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • acg den indiyedek 453 mln ton neft ve 144 mlrd kubmetr qaz hasil edilib
    AÇG-dən indiyədək 453 mln. ton neft və 144 mlrd. kubmetr qaz...
  • celilabadda 42 min ehalinin yasadigi kendlerin yollari yeniden qurulur
    Cəlilabadda 42 min əhalinin yaşadığı kəndlərin yolları yenid...
celilabadda 42 min ehalinin yasadigi kendlerin yollari yeniden qurulur celilabadda 42 min ehalinin yasadigi kendlerin yollari yeniden qurulur +2
MƏZƏNNƏ
FOREX
/ 23 Aprel, 2018

USD
1.7
 
EUR
2.0862
 
RR
0.0278