Enerji Məsələlərini Tənzimləmə Agentliyi vakant vəzifələr üzrə sənəd qəbuluna başlayıb

enerji meselelerini tenzimleme agentliyi vakant vezifeler uzre sened qebuluna baslayib

Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi  qarşıda duran vəzifələrin keyfiyyətlə və operativ şəkildə yerinə yetirilməsi,  müasir tələblərə uyğun idarəetmə mexanizminin qurulması, regionlarda Agentliyin fəaliyyətinin səmərəliliyinin və çevikliyinin təmin edilməsi məqsədilə Bakı, Sumqayıt, Gəncə, Şirvan, Yevlax, Xaçmaz, Lənkəran, Kürdəmir, İmişli, Tovuz və Şəki şəhərlərindəki regional bölmələrinə enerji nəzarət müfəttişi və qaz nəzarət müfəttişi vakant vəzifələri üzrə sənəd qəbulu elan edir.

 

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, namizədlərin elektroenergetika, enerji və neft-qaz mühəndisliyi sahələri üzrə müvafiq ali təhsilə, elektrik stansiyaları, transformatorlar, sayğaclar, qaz qurğuları, qaz paylayıcı şəbəkələri haqqında ətraflı biliyə, ixtisası üzrə azı 3 il iş təcrübəsinə və 25-45 arası yaş həddinə malik olması tələb edilir.

 

Qeyd edək ki, vakant vəzifələrlə maraqlanan şəxslər Energetika Nazirliyinin rəsmi internet səhifəsinin "Elan bölmə"-sinə daxil olaraq şərtlərlə daha ətraflı tanış ola bilərlər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:07 22 Aprel
Video
12:28 21 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goranboyda mikroavtobus vaz la toqqusub 3 nefer xesaret alib yenilenib
    Goranboyda mikroavtobus "VAZ"la toqquşub, 3 nəfər xəsarət al...
  • tbiliside enenevi cay festivali kecirilib
    Tbilisidə ənənəvi Çay festivalı keçirilib
tbiliside enenevi cay festivali kecirilib tbiliside enenevi cay festivali kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Aprel, 2018

USD
1.7
 
EUR
2.0981
 
RR
0.0279