“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin IV Bakı toplantısı fevralın 15-də keçiriləcək

cenub qaz dehlizi mesveret surasi cercivesinde nazirlerin iv baki toplantisi fevralin 15 de kecirilecek

“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının keçirilmə vaxtı fevralın 15-ə təyin edilib.

 

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Məşvərət Şurası çərçivəsində nazirlərin növbəti toplantısının təşkili ilə əlaqədar Energetika Nazirliyində bir sıra görüşlər keçirilib və müzakirələr aparılıb.

 

Məşvərət Şurasında iştirak etmək üçün müvafiq ölkələrə və bir sıra  beynəlxalq maliyyə təşkilatlarına dəvət məktubları göndərilib. “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının proqram və gündəliyinin hazırlanması ilə bağlı tədbirlər davam etdirilir.

 

Xatırladaq ki, “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da,  üçüncü toplantı isə ötən il fevralın 23-də keçirilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

08:52 24 Yanvar
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prokuror ata ve qizini qetle yetiren sexse omurluk ceza isteyib
    Prokuror ata və qızını qətlə yetirən şəxsə ömürlük cəza istə...
  • vekiller kollegiyasinin rehberliyi konstitusiya mehkemesinde olub
    Vəkillər Kollegiyasının rəhbərliyi Konstitusiya Məhkəməsində...
vekiller kollegiyasinin rehberliyi konstitusiya mehkemesinde olub vekiller kollegiyasinin rehberliyi konstitusiya mehkemesinde olub +2
MƏZƏNNƏ
FOREX
/ 24 Yanvar, 2018

USD
1.7001
 
EUR
2.0948
 
RR
0.0302