Birinci Bakı Beynəlxalq Su Həftəsi keçiriləcək

Martın 14-18-də Bakı şəhərində “Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” devizi altında keçiriləcək Birinci Bakı Beynəlxalq Su Həftəsi xarici mətbuatın diqqət  mərkəzindədir.

 

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Rusiyada nəşr olunan “Voda maqazin” jurnalının 2017-ci il fevral buraxılışında Birinci Bakı Beynəlxalq Su Həftəsi və “Şollar-Bakı Su Qurğuları Kompleksi”nin istismara verilməsinin 100 illiyindən bəhs edən geniş məqalə dərc edilib. “Keçmişdən gələcəyə” sərlövhəli məqalə fevral buraxılışının baş məqaləsidir.

 

Məqalədə martın 14-18-də Bakıda “Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” dəyərli fikrinin devizi altında keçiriləcək Birinci Bakı Beynəlxalq Su Həftəsi barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, həftə çərçivəsində keçiriləcək tədbirlərdə dünyanın 40-dək ölkəsindən nümayəndələrin iştirak etməsi Birinci Bakı Beynəlxalq Su Həftəsinə beynəlxalq aləmdə böyük marağın olmasından irəli gəlir. Həftə çərçivəsində Dünya Su Şurası İdarə Heyətinin 61-ci toplantısının keçirilməsi bu tədbirin əhəmiyyətini daha da artırır.

 

“Voda maqazin” jurnalında dərc olunmuş məqalədə “Şollar-Bakı Su Qurğuları Kompleksi”nin tarixinə geniş yer verilib. XIX əsrin sonu, XX əsrin əvvəlində Bakı şəhərinin içməli təchizatındakı vəziyyət, şəhəri su ilə təmin etmək üçün irəli sürülmüş təkliflər, tanınmış mühəndis Uilyam Lindley və Şollar layihəsi, Duma üzvü Hacı Zeynalabdin Tağıyevin bu sahədəki xidmətləri geniş işıqlandırılıb.

 

Məqalə müəllifləri Bakı şəhəri və Abşeron yarımadasının su təchizatı tarixinə qısa ekskurs edərək son 100 ildə icra olunmuş su  infrastrukturu layihələrinə toxunublar. Məqalədə II Bakı su kəməri, Kür və Ceyranbatan sutəmizləyici qurğuları, Oğuz-Qəbələ-Bakı su kəməri və Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi barədə məlumatlar verilib. Məqalənin sonunda “Şollar-Bakı Su Qurğular Kompleksi”nin 100 iliyi ilə əlaqədar “Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit”  mövzusunda beynəlxalq elmi-praktiki konfransın keçiriləcəyi qeyd olunub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • baki seheri 8 nomreli tam orta mektebe kerim kerimovun adi verilib
    Bakı şəhəri 8 nömrəli tam orta məktəbə Kərim Kərimovun adı v...
  • uzeyir hacibeyli ix beynelxalq musiqi festivali basa catib
    Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı başa çatıb...
uzeyir hacibeyli ix beynelxalq musiqi festivali basa catib uzeyir hacibeyli ix beynelxalq musiqi festivali basa catib +2
MƏZƏNNƏ
FOREX
/ 27 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.016
 
RR
0.0296
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ