Gələn ilin sentyabrında STAR neft emalı zavodunun məhsulları satışa çıxarılacaq

gelen ilin sentyabrinda star neft emali zavodunun mehsullari satisa cixarilacaq

Gələn ilin sentyabr ayında SOCAR-ın Türkiyədə yerləşən STAR neft emalı zavodunda istehsal edilən neft məhsullarla dolu ilk tankeri yüklənərək satışa çıxarılacaq.

 

“APA-Economics”in məlumatına görə, bunu “SOCAR Turkey Eneji” şirkətinin Əməliyyat üzrə baş direktoru Emil Eminov  Bakıda keçirilən “Argus Azərbaycan Beynəlxalq Neft Sammiti-2017”-nin ikinci günündə bildirib.

 

Onun sözlərinə görə, zavodun tikintisinin 90%-indən çoxu yerinə yetirilib: “Bu ilin sonunda zavod layihə gücünə çatacaq və tam gücü ilə fəaliyyətə başlayacaq. Gələn ilin avqustunda ilk istehsal başlanılacaq və sentyabr 20-də kommersiya satışlarına başlanılacaq. Bu da simvolik olaraq Azərbaycanda neftçilər günü ilə üst-üstə düşəcək”.

 

O bildirib ki, zavod tam gücü ilə işləməyə başladıqdan sonra zavodda 750 nəfər işçi çalışacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • oktan ededi 95 den az olan benzin novlerinin aksiz vergisi 200 defe artirilib
    Oktan ədədi 95-dən az olan benzin növlərinin aksiz vergisi 2...
  • prezident ilham eliyev davosda mastercard sirketinin idare heyetinin uzvu ile gorusub
    Prezident İlham Əliyev Davosda “Mastercard” şirkətinin idarə...
prezident ilham eliyev davosda mastercard sirketinin idare heyetinin uzvu ile gorusub prezident ilham eliyev davosda mastercard sirketinin idare heyetinin uzvu ile gorusub +2
MƏZƏNNƏ
FOREX
/ 23 Yanvar, 2018

USD
1.7001
 
EUR
2.078
 
RR
0.03