Gürcüstanda inşa olunacaq NEZ-in illik gücü 4 mln. ton təşkil edəcək

gurcustanda insa olunacaq nez in illik gucu 4 mln ton teskil edecek

Gürcüstanda cari ilin yarısında inşasına başlanacaq neft emalı zavodu (NEZ) il ərzində 4 mln. ton xammal emal etmə gücünə malik olacaq.

 

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, bu barədə zavodu inşa edəcək “Phasis Oil” şirkətinin hesabatında deyilir.

 

Sənəddə qeyd olunub ki, investisiya dəyəri 1 mlrd. lariyə (409 mln. dollar) yaxın olan NEZ-də 350 işçi çalışacaq. Zavodun tikintisinə isə 600-700 nəfər cəlb olunacaq.

 

Hesabata əsasən, NEZ-in inşasının bir neçə istiqamətlər üzrə mühüm iqtisadi faydaları var: “Zavod Gürcüstana neft məhsullarının idxalını azaltmağa, ixracını isə artırmağa və yeni iş yerlərinin yaradılmasına imkan verəcək”.

 

Qeyd edək ki, Gürcüstanın Kulevi kəndində NEZ-in tikintisi ilə bağlı imzalanmış sənədə əsasən, tikinti işləri 31 dekabr 2019-cu il tarixinə qədər başa çatdırılmalıdır. Zavodda “Avro-5” standartlarına cavab verəcək neft məhsullarının istehsalı nəzərdə tutulub. İnvestor olan “Phasis Oil” şirkətinin  sahibi İsveçrədə qeydiyyata alınmış “Streamtrade SA” şirkətidir. “Phasis Oil” “SOCAR Georgia Investments” şirkətinin hüquqi varisidir. 

 

Kulevidə SOCAR-a məxsus neft terminalı fəaliyyət göstərir. 2008-ci ilin mayında istifadəyə verilmiş terminalın illik gücü 10 mln. ton təşkil edir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:25 20 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mecburi kockun ailelerinin terterdeki yeni seherciye kocurulmesine baslanilib
    Məcburi köçkün ailələrinin Tərtərdəki yeni şəhərciyə köçürül...
  • erdogan yaxin gunlerde afrin seher merkezi muhasireye alinacaq
    Ərdoğan: “Yaxın günlərdə Afrin şəhər mərkəzi mühasirəyə alın...
erdogan yaxin gunlerde afrin seher merkezi muhasireye alinacaq erdogan yaxin gunlerde afrin seher merkezi muhasireye alinacaq +2
MƏZƏNNƏ
FOREX
/ 20 Fevral, 2018

USD
1.7001
 
EUR
2.106
 
RR
0.0301