Gürcüstanın yanacaq idxalının 30 faizi Azərbaycanın payına düşür

gurcustanin yanacaq idxalinin 30 faizi azerbaycanin payina dusur

2017-ci ilin dekabr ayında Gürcüstan Azərbaycandan 34,1 min ton benzin və dizel yanacağı idxal edib.

 

APA-nın yerli bürosunun Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin noyabr ayı ilə müqayisədə 13,1 min ton çoxdur.Hesabat dövründə Gürcüstanın neft məhsulları idxalının 29,2%-i Azərbaycanın payına düşüb.

   

Ötən ilin dekabr ayında Gürcüstan ümumilikdə 116,7 min ton benzin və dizel yanacağı idxal edib ki, bu da noyabr ayı ilə müqayisədə 21,3 min ton çoxdur.

 

Gürcüstan Azərbaycanla yanaşı, ən çox Rusiya (32 min ton), Rumıniya (28,5 min ton), Türkmənistan (11 min ton), Bolqarıstan (6,2 min ton) və Yunanıstandan (4,9 min ton) benzin və dizel yanacağı idxal edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

08:52 24 Yanvar
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prokuror ata ve qizini qetle yetiren sexse omurluk ceza isteyib
    Prokuror ata və qızını qətlə yetirən şəxsə ömürlük cəza istə...
  • vekiller kollegiyasinin rehberliyi konstitusiya mehkemesinde olub
    Vəkillər Kollegiyasının rəhbərliyi Konstitusiya Məhkəməsində...
vekiller kollegiyasinin rehberliyi konstitusiya mehkemesinde olub vekiller kollegiyasinin rehberliyi konstitusiya mehkemesinde olub +2
MƏZƏNNƏ
FOREX
/ 24 Yanvar, 2018

USD
1.7001
 
EUR
2.0948
 
RR
0.0302