Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın növbəti iclası keçirilib

hasilat senayesinde seffafliq uzre komissiyanin novbeti iclasi kecirilib

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatların və ölkədə fəaliyyət göstərən yerli və xarici hasilat şirkətlərinin nümayəndələrinin iştirakı ilə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın növbəti iclası keçirilib.

 

Komissiyadan APA-ya verilən məlumata görə, “Moore Stephens Azerbaijan” auditor şirkəti iclas iştirakçılarına HSŞ üzrə Komissiyanın 2016-cı il üzrə hesabatının layihəsini təqdim edib.

 

İclasda üç tərəfin (HSŞ üzrə Komissiya, vətəndaş cəmiyyəti, yerli və xarici hasilat şirkətləri) nümayəndələrindən ibarət 2016-cı il üzrə hesabatın hazırlanması üzrə İşçi Qrupun yaradılması qərara alınıb. 

 

İclas iştirakçıları növbəti illər üzrə HSŞ hesabatlarının əhatə dairəsi barədə müzakirələr apararaq qərar qəbul edib.

 

İclasda HSŞ üzrə Komissiyanın loqotipi və korporativ stili və digər məsələlər ətrafında müzakirələr aparılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:12 21 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sel sulari agsu cayinin yatagini genislendirib yol ve evler tehluke qarsisindadir
    Sel suları Ağsu çayının yatağını genişləndirib, yol və evlər...
  • 174 azercell sabah karyera qis mektebi layihesinde qubada telimler teskil edib
    ® “Azercell” “SABAH” Karyera Qış Məktəbi layihəsində ...
174 azercell sabah karyera qis mektebi layihesinde qubada telimler teskil edib 174 azercell sabah karyera qis mektebi layihesinde qubada telimler teskil edib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Fevral, 2018

USD
1.7001
 
EUR
2.0949
 
RR
0.03