Heydər Əliyev adına NEZ-in modernizasiyasının yubanmasının səbəbləri açıqlanıb

heyder eliyev adina nez in modernizasiyasinin yubanmasinin sebebleri aciqlanib

SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) modernizasiyasının bir neçə dəfə təxirə salınmasının səbəblərini açıqlayıb.


"APA-Economics"in məlumatına görə, vitse-prezident Bakıda keçirilən "Argus Azərbaycan Beynəlxalq Sammiti - 2017"-də çıxışı zamanı deyib ki, zavodun modernizasiyası ilə bağlı xarici şirkətlərlə məsləhətləşmələr aparılıb: "Vəziyyət gözlədiyimizdən daha pis olmuşdu. Ona görə də zavodun modernizasiyası ilə bağlı qrafiklər irəli çəkilir. Bundan başqa, konfiqurasiya ilə bağlı çətinliklər yarandı. Bura bir neçə xarici şirkətlər cəlb olundu. Müxtəlif təkliflər olduğundan layihənin razılaşdırılması vaxt aldı. Amma tam əminliklə deyə bilərəm ki, biz zavodun modernləşdirilməsi ilə bağlı işlərə heç vaxt ara verməmişik. Bu gün biz özəl bir komanda yaratmışıq. Bu, layihə idarəetmə proqramıdır. Burada yerli və xarici mütəxəssislər təmsil olunur. Bu istiqamətdə iş davam edir. Gələn ildən etibarən, yəni bitum qurğusu işə düşdükdən sonra yavaş-yavaş işlər gedəcək".

Onun sözlərinə görə, modernləşdirmə işləri ilə bağlı layihənin dəyəri artıb: "Layihənin dəqiq dəyəri layihələndirmə, satınalma və tikinti müqavilələri imzalandıqdan sonra dəqiq olunacaq. Bu yenə də son qiymət olmayacaq. Çünki, bilirsiniz ki, iş prosesində qiymət +/-10%-ə yaxın dəqiq olacaq".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:28 21 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goranboyda mikroavtobus vaz la toqqusub 3 nefer xesaret alib yenilenib
    Goranboyda mikroavtobus "VAZ"la toqquşub, 3 nəfər xəsarət al...
  • tbiliside enenevi cay festivali kecirilib
    Tbilisidə ənənəvi Çay festivalı keçirilib
tbiliside enenevi cay festivali kecirilib tbiliside enenevi cay festivali kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Aprel, 2018

USD
1.7
 
EUR
2.0981
 
RR
0.0279