Nazir: "Azərbaycanda 200-dən çox alman şirkəti fəaliyyət göstərir"

Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazovla Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelenin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

 

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, Azərbaycanla Almaniya arasında iqtisadi, siyasi və mədəni sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan P.Şahbazov bildirib ki, bu münasibətlərin tarixi təxminən 200 il bundan əvvəl almanların Vürtemberq əyalətindən Azərbaycana gəlmələri ilə başlayır.

 

Nazir əsasən qeyri-neft sektoru üzrə inkişaf edən iqtisadi əlaqələrin yüksək göstəricisi kimi Cənubi Qafqaz ölkələri ilə Almaniya arasında ümumi ticarət dövriyyəsində ən çox həcmin Azərbaycanın payına düşdüyünü və 200-dən çox alman şirkətinin ölkəmizdə fəaliyyətini qeyd edib. P.Şahbazov enerji sahəsində əməkdaşlığın inkişafında isə “Uniper” şirkətinin rolundan bəhs edib. Enerji sahəsində əlaqələrin genişləndirilməsi üçün alternativ və bərpa olunan enerji mənbələri üzrə əməkdaşlıq potensialı, eləcə də energetika sektorunda aparılan islahatlarda Almaniya təcrübəsinin tətbiqi ilə əlaqədar fikirlərini bölüşüb.

 

V.Büxele də iki ölkə arasında əlaqələrin mövcud səviyyəsinin iqtisadi, xüsusi ilə enerji əməkdaşlığının genişləndirilməsi üçün əlverişli imkanlar yaratdığını diqqətə çatdırıb. “Şahdəniz Mərhələ 2” çərçivəsində hasil ediləcək qazın alıcılarından birinin “Uniper” olduğu xatırladılaraq, Azərbaycan qazının Avropaya tədarükündə “Cənub Qaz Dəhlizi”nin əhəmiyyətindən bəhs edilib.

 

Sonra “Uniper” şirkətinin vitse-prezidenti Uve Fip ölkəmizdə enerji və buxar istehsalı sahəsində fəaliyyətləri barədə məlumat verib.

 

Görüşdə həmçinin neft-qaz yataqlarında 7 min metr dərinlikdə işləməyə imkan verən qazma avadanlıqları istehsal edən, eləcə də yerin altından keçən qaz kəmərlərinin çəkilişi üzrə ixtisaslaşmış digər şirkətlər Azərbaycanla əməkdaşlıq etməyə maraqlarını ifadə ediblər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida abs senatinin modeli konfransi teskil edilib
    Bakıda ABŞ Senatının Modeli Konfransı təşkil edilib
  • tovuzda bas veren yanginda er arvad bogularaq olub
    Tovuzda baş verən yanğında ər-arvad boğularaq ölüb
tovuzda bas veren yanginda er arvad bogularaq olub tovuzda bas veren yanginda er arvad bogularaq olub +2
MƏZƏNNƏ
FOREX
/ 24 Fevral, 2018

USD
1.7001
 
EUR
2.0914
 
RR
0.0301