Nazir: “BTC və TANAP bölgəmizə sülh gətirəcək”

nazir btc ve tanap bolgemize sulh getirecek
2002-ci ildən etibarən Türkiyənin enerji sektoruna 75 mlrd dollar həcmində sərmayə yatırılıb. “APA-Economics” xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak ABŞ-ın Hyuston şəhərində keçirilən “IHS CERAWeek 2017” enerji konfransında bildirib.
 
Nazir qeyd edib ki, gələcəkdə iqtisadi artımı daha da stimullaşdırmaq üçün bu cür investisiyaların həcmi artmalıdır.
 
B.Albayrakın sözlərinə görə, dünyanın neft-qaz ehtiyatlarının 60%-i Türkiyənin yerləşdiyi regionun payına düşür. O əlavə edib ki, Rusiya, Azərbaycan, İran, Nigeriya və Əlcəzairdən qaz idxalı ilə yanaşı üzən LNG gəmisi layihəsinin reallaşdırılması da davam edir. 
 
İsrail qazının Türkiyənin daxili bazarına, daha sonra isə Avropa bazarına nəql olunması sahəsində işlərin davam etdiyini bildirən nazir qeyd edib ki, bu layihə “qazan-qazan” prinsipinə əsaslanacaq və regionun enerji təhlükəsizliyinə ciddi töhfə verəcəkr. 
 
O əlavə edib ki, Bakı-Tbilisi-Ceyhan (BTC) və Trans-Anadolu Qaz Boru Xətti (TANAP) layihələri bölgəyə sülh və stabillik gətirəcək. 
 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • baki seheri 8 nomreli tam orta mektebe kerim kerimovun adi verilib
    Bakı şəhəri 8 nömrəli tam orta məktəbə Kərim Kərimovun adı v...
  • uzeyir hacibeyli ix beynelxalq musiqi festivali basa catib
    Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı başa çatıb...
uzeyir hacibeyli ix beynelxalq musiqi festivali basa catib uzeyir hacibeyli ix beynelxalq musiqi festivali basa catib +2
MƏZƏNNƏ
FOREX
/ 27 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.016
 
RR
0.0296
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ