Nazir: "Yunanıstan və İtaliyada hökumət dəyişiklikləri "Cənub Qaz Dəhlizi"nə təsir göstərir"

nazir yunanistan ve italiyada hokumet deyisiklikleri cenub qaz dehlizi ne tesir gosterir

Energetika naziri Natiq Əliyev "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının III iclasında ABŞ-ı təmsil edəcək nümayəndə dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin Danniqanı qəbul edib.

 

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, "Cənub Qaz Dəhlizi" layihəsinə ABŞ-ın davamlı dəstəyini yüksək dəyərləndirən N. Əliyev qonağı layihə üzrə işlərin gedişatı və qarşıya çıxan çətinliklər barədə məlumatlandırıb.


Nazir deyib ki, bu gün dünyada cərəyan edən mürəkkəb siyasi-iqtisadi proseslər, Yunanıstan, İtaliya kimi ölkələrdə hökumət dəyişiklikləri "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsinə bu və ya digər dərəcədə təsir göstərir. "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü görüşünü təşkil etməkdə məqsəd yaranmış narahatlıq və problemlərin birgə müzakirəsinə və aradan qaldırılmasına nail olmaqdır.

 

N. Əliyev Məşvərət Şurasının 2015-ci ildən bəri keçirilən iclaslarında iştirakçı ölkələrin sayının hər il artması və ildən-ilə nümayəndə heyətlərinin daha yüksək statuslu və səlahiyyətli şəxslərdən təşkil olunmasını bu layihəyə böyük marağın göstəricisi kimi qiymətləndirib. O, “Şahdəniz - Mərhələ 2” və “Cənub Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” layihələri üzrə işlərin yekunlaşma mərhələsinə daxil olduğunu, lakin  İtaliyada “Trans-Adriatik” qaz boru kəmərinin tikintisi ilə bağlı bir sıra çətinliklərin yaşandığını və “Cənub Qaz Dəhlizi” layihəsinin uğurlu olması üçün bütün seqmentlərin vaxtında reallaşmasının vacibliyini diqqətə çatdırıb. Məşvərət Şurasının bu iclasının layihənin həyata keçirilməsində məsul olan bütün tərəflərin səylərini artırmasına töhfə verəcəyini bildirib.

 

Öz növbəsində, R. Danniqan da “Cənub Qaz Dəhlizi” layihəsini enerji təhlükəsizliyinin prioriteti hesab etdiyini vurğulayıb. Azərbaycanın TAP-ın reallaşmasında israrlı mövqeyini bölüşdüyünü deyib. R. Danniqan ölkəsinin layihəyə dəstəyinin bundan sonra da davam edəcəyini bildirib.

 

Görüşdə Azərbaycan-ABŞ enerji əməkdaşlığının digər istiqamətləri üzrə də fikir mübadiləsi aparılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:08 22 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • taninmis meyxana ustasi bayram kurdexanili avtomobil vurmasi neticesinde olub
    Tanınmış meyxana ustası Bayram Kürdəxanılı avtomobil vurması...
  • mingecevirde 8 yasli oglan evin 2 ci mertebesinden yixilaraq agir xesaret alib
    Mingəçevirdə 8 yaşlı oğlan evin 2-ci mərtəbəsindən yıxılaraq...
mingecevirde 8 yasli oglan evin 2 ci mertebesinden yixilaraq agir xesaret alib mingecevirde 8 yasli oglan evin 2 ci mertebesinden yixilaraq agir xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Avqust, 2017

USD
1.7008
 
EUR
2.0081
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ