OPEC hasilat həcmini sabit saxlayıb

opec hasilat hecmini sabit saxlayib

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv dövlətlərin neft hasilatının azaldılması ilə bağlı razılaşmasına uyğun olaraq 2017-ci ilin dekabr ayında “qara qızıl” istehsalı sabit qalıb.   

 

“APA-Economics”in “Bloomberg”ə istinadən verdiyi xəbərə görə, dekabr ayında OPEC-ə üzv olan ölkələr 32,47 mln. barel neft hasil edib. Agentlik analitiklər və neft şirkətləri arasında keçirdiyi sorğudan, həmçinin tankerlərin hərəkəti barədə məlumatların təhlilindən sonra bu nəticəyə gəlib.

 

Belə ki, Liviya boru kəmərində baş vermiş partlayışdan sonra gündəlik olaraq hasilatı 30 min barel azaldaraq 970 min barelə endirib. Amma bu, Nigeriyada hasilatın artması ilə kompensasiya edilib. Qeyd edək ki, hər iki ölkə ötən il hasilat səviyyəsinin azaldılmasından azad edilib. Hazırda bu ölkələrin də OPEC razılaşmasına uyğun olaraq gündəlik hasilatı 2,8 mln. barel səviyyəsində saxlayacağı gözlənilir.

 

Qeyd edək ki, OPEC-in ən iri üzvü olan Səudiyyə Ərəbistanında hasilat 20 min ton azalaraq gündəlik olaraq 9,95 mln. ton olub. İqtisadi tənəzzülün və ABŞ-ın sanksiyaları fonunda istehsalın azalmasından zərər görən Venesuela hasilatın həcmini 50 min barel azaldaraq gündəlik olaraq 1,81 mln. barelə endirib.

 

Bununla da, OPEC-in bütün 12 üzvü özləri bütün digər aylarda olduğu kimi, dekabr ayında da öhdəliklərini 121% yerinə yetiriblər. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

08:52 24 Yanvar
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prokuror ata ve qizini qetle yetiren sexse omurluk ceza isteyib
    Prokuror ata və qızını qətlə yetirən şəxsə ömürlük cəza istə...
  • vekiller kollegiyasinin rehberliyi konstitusiya mehkemesinde olub
    Vəkillər Kollegiyasının rəhbərliyi Konstitusiya Məhkəməsində...
vekiller kollegiyasinin rehberliyi konstitusiya mehkemesinde olub vekiller kollegiyasinin rehberliyi konstitusiya mehkemesinde olub +2
MƏZƏNNƏ
FOREX
/ 24 Yanvar, 2018

USD
1.7001
 
EUR
2.0948
 
RR
0.0302