Prezident: “Əsrin müqaviləsi” imzalanmasaydı, Azərbaycan bu qədər inkişafa nail ola bilməzdi”

prezident esrin muqavilesi imzalanmasaydi azerbaycan bu qeder inkisafa nail ola bilmezdi

“1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın neft sənayesində yeni dövr başlayıb”.
 
 
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Qaradağ rayonunda, SOCAR-ın “Caspian Drilling” Şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimində söyləyib. 
 
 

Dövlət başçısı deyib ki, Azərbaycan neft sənayesi üçün çox önəmli addımlar atılıb: “Dərin Özüllər Zavodunun tikintisinə ulu öndərin təşəbbüsü ilə 1970-ci illərdə başlanıb. Başqa variantlar da var idi, Xəzərin digər sahillərində bu zavodun tikintisi nəzərdə tutulurdu. Heydər Əliyevin müdaxiləsi və səyləri nəticəsində Dərin Özüllər Zavodu üçün tikinti yeri Bakı seçildi. Bu zavodun ölkəmizin, neft sənayesinin inkişafı üçün əvəzolunmaz rolu var. Hələ 70-ci illərdə neftayırma zavodlarının modernləşdirilməsi, digər layihələrin icrası Azərbaycanda neft sənayesinin inkişafına xidmət göstərirdi. Müstəqillik dövrünə gəlincə, əgər 1994-cü ildə xarici tərəfdaşları Azərbaycana investisiya qoymağa cəlb etməsəydik, bu gün Azərbaycanın iqtisadi vəziyyəti tam fərqli ola bilərdi. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması tarixi hadisə idi. Mən o günləri yaxşı xatırlayıram. Bu mərasimdə iştirak edən Xoşbəxt Yusifzadə ilə birlikdə biz danışıqlarda iştirak etmişik. 1994-cü ilin may ayında İstanbulda və 1994-cü ilin iyul-avqust aylarında ABŞ-ın Hyuston şəhərində danışıqlar aparırdıq ki, Azərbaycan üçün ən məqbul şərtləri təmin edək. Eyni zamanda həm də elə edək ki, xarici investorlar qaçmasın, onlar üçün də yaxşı şərait yaradılsın. Hesab edirəm ki, biz hər iki tərəf üçün məqbul variantı əldə etdik. Gərgin danışıqlar nəticəsində 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalandı və bu gün uğurla icra edilir. “Əsrin müqaviləsi” imzalanmasaydı, Azərbaycan bu qədər inkişafa nail ola bilməzdi. Bunu hamı bilməlidir. Bizim uğurlu inkişafımızın əsas mənbəyi xüsusən 1990-cı illərdə “Əsrin müqaviləsi” və bu layihədən əldə olunan gəlirlərdir”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

00:02 23 Sentyabr
21:32 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev milli komandamizin oyununa baxib
    Prezident İlham Əliyev milli komandamızın oyununa baxıb
  • bakida is yerine velosipedle adli veloyurus kecirilib
    Bakıda “İş yerinə velosipedlə!” adlı veloyürüş keçirilib...
bakida is yerine velosipedle adli veloyurus kecirilib bakida is yerine velosipedle adli veloyurus kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ