Prezident İlham Əliyev: “Bu gün enerji təhlükəsizliyi deyəndə, Azərbaycanın icra etdiyi layihələr yada düşür”

prezident ilham eliyev bu gun enerji tehlukesizliyi deyende azerbaycanin icra etdiyi layiheler yada dusur

“Azərbaycan öz məsuliyyətini dərk edir. Biz yaxşı başa düşürük ki, tərəfdaş ölkələrlə birgə icra etdiyimiz layihələr bir çox ölkənin enerji balansını və enerji təhlükəsizliyini təmin edəcək”.

 

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresinin rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.

 

Dövlət başçısı deyib ki, Azərbaycan bu məsuliyyəti öz üzərinə götürüb: “Ümid edirəm ki, biz yaxşı nəticələr göstəririk. Bu konqresdə neft və qaz məsələləri diqqət mərkəzindədir. Bir məsələyə də toxunmaq istəyirəm. Adətən, neftlə zəngin olmayan ölkələr düşünürlər ki, kaş bizdə də neft olaydı, bundan istifadə edə bilərdik. Amma neft fayda da gətirə, baş ağrısı da yarada bilər. Bu, neftdən necə istifadə edildiyinə baxır. Biz Azərbaycanda çalışırdıq ki, "qara qızılı" insan kapitalına çevirək. Hesab edirəm ki, buna nail olduq. Biz neftdən əldə edilən gəlirləri şəffaf şəkildə Neft Fondunda toplayırıq. Azərbaycan Dövlət Neft Fondu dünyada ən şəffaf neft fondlarından biridir, BMT-nin də mükafatına layiq görülüb. Neft Fondumuzda yığılan vəsaitlə bağlı məlumatlar mütəmadi qaydada ictimaiyyətə çatdırılır. İkinci, neft gəlirləri düzgün istifadə olunmalıdır. Biz bu gəlirləri ilk növbədə infrastruktur layihələrə yönəltdik. Bu gün tikdirdiyimiz onlarla elektrik stansiyalarının istehsal etdiyi enerjini ixrac edirik.

 

Məktəb, xəstəxana tikintisinə diqqət yönəltdik, yoxsulluqla ciddi mübarizə apardıq.

 

Neftdən əldə olunan gəlirləri digər sektorlara yönəldərək yoxsulluğu və işsizliyi aşağı səviyyəyə - 5-6 faizə saldıq. Yəni, atılan addımlar nefti həm faydaya çevirə, həm də ölkələr neftin yaratdığı problemlərlə üzləşə bilər. Hesab edirəm ki, Azərbaycan təcrübəsi uğurludur. Bizim ölkəmizə böyük həcmdə sərmayələr qoyulur. Biz də öz növbəmizdə  xarici ölkələrə sərmayə qoyuruq. İlk növbədə Türkiyəyə, Türkiyənin enerji sektoruna 10 milyard dollar sərmayə qoyulub. Növbəti illərdə bu rəqəm iki dəfə artacaq”.

 

Prezident İlham Əliyev nəzərə çatdırıb ki, bu gün enerji təhlükəsizliyi deyəndə Azərbaycanın icra etdiyi layihələr yada düşür: “Bir daha deyirəm ki, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı təkcə iki ölkənin mənfəətini, uğurlu gələcəyini təmin etmir. Bunun bütövlükdə bölgənin gələcəyinə çox böyük təsiri var. Bu, bölgəyə sabitlik gətirir, yeni iş yerləri yaradılır, təhlükəsizlik tədbirlərini gücləndirilir, geniş əməkdaşlığa qapılar açılır”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:11 20 Sentyabr
23:25 19 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • meksikada zelzelede olenlerin sayi 149 neferi kecib yenilenib 3
    Meksikada zəlzələdə ölənlərin sayı 149 nəfəri keçib - YENİL...
  • socar yeralti anbarlardaki qazin hecmini aciqlayib
    SOCAR yeraltı anbarlardakı qazın həcmini açıqlayıb
socar yeralti anbarlardaki qazin hecmini aciqlayib socar yeralti anbarlardaki qazin hecmini aciqlayib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0368
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ