Prezident İlham Əliyev “Yeni Gəncə” yarımstansiyasının açılışında iştirak edib

Azərbaycan prezidenti İlham Əliyev Gəncəyə səfəri çərçivəsində 2x40 meqavat-amper (mVA) gücündə 110/35/10 kilovoltluq (kV) “Yeni Gəncə” yarımstansiyasının açılışında iştirak edib.

 

APA-nın məlumatına görə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev görülən işlərlə bağlı dövlət başçısına ətraflı məlumat verib.

 

Bildirilib ki, Gəncə şəhərinin mərkəzi hissəsinin 30 faizdən çoxunun elektrik enerjisi ilə təminatında 110/35/10 kV-luq “Yeni Gəncə” yarımstansiyası mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, “Yeni Gəncə” yarımstansiyasından çıxan 10 kV-luq “Yeni Gəncə” və 10 kV-luq IV “Yeni-Gəncə” hava xətlərindən 30 min abonent elektrik enerjisi ilə təchiz olunur.

 

Dövlət başçısı yarımstansiyanı işə salıb.

 

“Yeni Gəncə” yarımstansiyasının ətrafı abadlaşdırılıb və yaşıllıq zolaqları salınıb. Stansiya ilə tanışlıqdan sonra xatirə şəkli çəkdirilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:15 16 Yanvar
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanin energetika naziri seudiyye erebistaninda bir sira gorusler kecirib
    Azərbaycanın energetika naziri Səudiyyə Ərəbistanında bir sı...
  • xalq artisti cingiz sadixov defn olunub yenilenib 1
    Xalq artisti Çingiz Sadıxov dəfn olunub - YENİLƏNİB-1
xalq artisti cingiz sadixov defn olunub yenilenib 1 xalq artisti cingiz sadixov defn olunub yenilenib 1 +2
MƏZƏNNƏ
FOREX
/ 16 Yanvar, 2018

USD
1.7001
 
EUR
2.0859
 
RR
0.0302