“Qazprom” qaz hasilatını 12%-dən çox artırıb

qazprom qaz hasilatini 12 den cox artirib

Rusiyanın “Qazprom” neft-qaz şirkəti 2016-cı illə müqayisədə 2017-ci ildə qaz hasilatını 12,4% artıraraq 472 mlrd. kubmetrə çatdırıb.

 

“APA-Economics”in “Bloomberg” agentliyinə istinadən verdiyi məlumata görə, bunu “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller bildirib.

 

Onun sözlərinə görə, şirkət Avropaya qaz nəqlini 8,1% artıraraq 193,9 mlrd. kubmetrə çatdırıb: “İlkin məlumatlara görə, “Qazprom” 2017-ci ildə 472 milyard kubmetr qaz hasil edib ki, bu da 2016-cı ilin göstəriciləri ilə müqayisədə 12,4% çoxdur. Bu şirkətin tarixində ən yaxşı hasilat artımı dinamikasıdır. Mütləq göstəricidə hasilat artımı 51,9 mlrd. kubmetr təşkil edib”.

 

A. Miller əlavə edib ki, 2017-ci il şirkət üçün yeni ixrac rekordları ili kimi yadda qalıb: “2017-ci ildə şirkət xaricə 193,9 mlrd. kubmetr təbii qaz ixrac edib. Bu, ötən ilin göstərici ilə müqayisədə 14,6 mlrd. kubmetr və ya 8,1% çoxdur. Bu rəqəm həmçinin 2016-cı ildə əldə edilmiş maksimumdan – 179,3 mlrd. kubmetrdən çoxdur”.

 

Şirkət rəhbəri qeyd edib ki, “Şimal axını-2” layihəsinin keçəcəyi Şimal-Qərb və Mərkəzi Avropa regionu ölkələri istiqamətində də Rusiya qazının ixracı artıb. Belə ki, şirkət Almaniya bazarına 53,4 mlrd. kubmetr qaz tədarük edib. Bu isə 2016-cı ildəki 49,8 mlrd. kubmetr göstəricidən 3,6 mlrd. kubmetr və ya 7,1% çoxdur.

 

A. Miller həmçinin qeyd edib ki, “Qazprom”un Avstriyaya qaz nəqli də yeni tarixi səviyyəyə çatıb. Bu ölkəyə nəql edilən Rusiya qazının həcmi 2016-cı ilin göstəricisindən 40% çox, 8,5 mlrd. kubmetr təşkil edib. Şirkət Fransaya qaz nəqlini bir ildə 6,8% artıraraq 12,3 mlrd. kubmetrə çatdırıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:11 22 Aprel
09:07 22 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • acg den indiyedek 453 mln ton neft ve 144 mlrd kubmetr qaz hasil edilib
    AÇG-dən indiyədək 453 mln. ton neft və 144 mlrd. kubmetr qaz...
  • celilabadda 42 min ehalinin yasadigi kendlerin yollari yeniden qurulur
    Cəlilabadda 42 min əhalinin yaşadığı kəndlərin yolları yenid...
celilabadda 42 min ehalinin yasadigi kendlerin yollari yeniden qurulur celilabadda 42 min ehalinin yasadigi kendlerin yollari yeniden qurulur +2
MƏZƏNNƏ
FOREX
/ 23 Aprel, 2018

USD
1.7
 
EUR
2.0862
 
RR
0.0278