Qərargah: Uçan estakadaya aid olduğu ehtimal edilən 150 çeşiddən artıq əşya tapılıb

qerargah ucan estakadaya aid oldugu ehtimal edilen 150 cesidden artiq esya tapilib

"Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan prezidentinin 16 dekabr 2016-cı il tarixli sərəncamına əsasən Azərbaycan Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

 

Qərargahdan "APA-Economics"ə verilən məlumata görə, hava şəraitinin yaxşılaşması ilə əlaqədar olaraq, kiçik həcmli gəmilər axtarışlara yenidən cəlb edilib və hər gün olduğu kimi bu gün də digər gəmi və üzən vasitələr, helikopterlər, canlı qüvvə və dalğıclar axtarışı davam etdirməkdədir.

 

İlk gündən axtarış-xilasetmə əməliyyatlarına cəlb olunan "Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus, göyərtəsində müasir heyətsiz “ROV” sualtı aparatlar quraşdırılan "Məmməd Süleymanov", "Təbriz Xəlilbəyli" axtarış-xilasetmə gəmiləri, uçmuş estakadaların ərazisində 24 saat sualtı videoaxtarış əməliyyatlarını davam edir.

Axtarış-xilasetmə əməliyyatları zamanı, uçan estakadaya aid olduğu ehtimal edilən 150 çeşiddən artıq əşya tapılaraq aidiyyatı üzrə təhvil verilib.

 

Xatırladaq ki, axtarışlar uzunluğu 165 km, eni isə 135 km olan geniş ərazidə həyata keçirilir.

 

Qeyd edək ki, dekabrın 15-də səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.

 

Qəza nəticəsində bir nəfər ölüb, 9 nəfər itkin düşüb.

 

Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycandilli mektebler ucun ders vesaitleri gurcustanin tehsil nazirliyine teqdim olunub
    Azərbaycandilli məktəblər üçün dərs vəsaitləri Gürcüstanın T...
  • cexiya azerbaycanla enerji sahesinde emekdasligi genislendirmek niyyetindedir
    Çexiya Azərbaycanla enerji sahəsində əməkdaşlığı genişləndir...
cexiya azerbaycanla enerji sahesinde emekdasligi genislendirmek niyyetindedir cexiya azerbaycanla enerji sahesinde emekdasligi genislendirmek niyyetindedir +2
MƏZƏNNƏ
FOREX
/ 21 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0209
 
RR
0.0292
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ