S&P "Azərenerji"nin reytinqini "BB/B" səviyyəsində təsdiqləyib, proqnoz neqativdir

s p azerenerji nin reytinqini bb b seviyyesinde tesdiqleyib proqnoz neqativdir

"Standard&Poor`s Global Ratings" (S&P) beynəlxalq reytinq agentliyi "Azərenerji" ASC-nin uzunmüddətli və qısamüddətli korporativ kredit reytinqini "BB/B" səviyyəsində təsdiqləyib. "APA-Economics" agentliyin yaydığı məlumata istinadən xəbər verir ki, reytinqlər üzrə proqnoz neqativdir.

 

S&P reytinqin bu səviyyədə təsdiqləməsinin əsas səbəbi kimi şirkətin dövlətlə sıx əlaqələrinin qalması ilə əlaqədardır: "İndiyədək dövlət "Azərenerji" ASC-yə likvidlik çatışmazlığı, həmçinin xarici öhdəliklərin yerinə yetirilməsi zamanı zəruri dəstəyi verib. Bizim proqnozlarımıza görə, bu praktika davam etdiriləcək".

 

Agentlik qeyd edir ki, 2016-cı ilin sonuna "Azərenerji" ASC-nin xarici öhdəliklərinə (borclarına) dövlət zəmanəti verilib. "Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən, hökumət dövlət şirkətinə 2016-2025-ci illərdə kreditlərin ödənişi üçün zəruri maliyyə dəstəyi verəcək. Bununla yanaşı, əldə etdiyimiz məlumata görə, 2017-ci il dövlət büdcəsindən "Azərenerji" ASC-nin nizamnamə kapitalının artırılması və xarici öhdəliklərin yerinə yetirilməsi üçün vəsaitin ayrılması nəzərdə tutulub. İnanırıq ki, Maliyyə Nazirliyi "Azərenerji" ASC tərəfindən xarici öhdəliklərinin yerinə yetirilməsinə nəzarət edir".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • barselona terrorunun esas subhelisi tutulub
    Barselona terrorunun əsas şübhəlisi tutulub
  • xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib
    Xəzərdə batmaq təhlükəsi ilə üzləşən şəxs sudan çıxarılıb...
xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib +2
MƏZƏNNƏ
FOREX
/ 21 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9988
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ