Səfir: “ABŞ çox şaddır ki, AÇG-nin işlənməsi üzrə sazişin uzadılması çərçivəsində Azərbaycanla əməkdaşlığı davam etdirir"

sefir abs cox saddir ki acg nin islenmesi uzre sazisin uzadilmasi cercivesinde azerbaycanla emekdasligi davam etdirir

“ABŞ çox şaddır ki, "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin uzadılması çərçivəsində Azərbaycanla əməkdaşlığı davam etdirir". 

  

APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

  

R. Sekuta bildirib ki, ABŞ Azərbaycanda və Xəzər hövzəsinin digər yerlərində yerləşən neft və qaz resurslarının hasilatına fəal şəkildə dəstək verib: “Bu, 1990-cı illərin əvvəlinə təsadüf edir. Burada məqsəd hasil olunmuş neft və qazın Avropa və digər bazarlara təhlükəsiz şəkildə çatdırılmasıdır. Bu da öz növbəsində iqtisadi inkişafa və qlobal enerji təhlükəsizliyinə töhfə verib.

 

Azərbaycanın əhəmiyyəti bu gün də ABŞ tərəfindən qəbul edilir və vurğulanır. Bu gerçəklik ABŞ prezidenti Donald Trampın 28 May - Azərbaycanın Respublika günü münasibətilə, habelə 24-cü Beynəlxalq Neft və Qaz Sərgi və konfransına göndərdiyi, həmçinin ABŞ dövlət katibi Reks Tillersonun Cənub Qaz Dəhlizi və onun fevralda keçirilmiş Məşvərət Şurasına dəstək məktublarında aydın şəkildə əks etdirilib. ABŞ 1990-cı illərin sonlarında Azərbaycan neftinin dünya bazarlarına nəqlinə kömək edib, Bakı-Tbilisi-Ceyhan neft kəmərinə güclü siyasi dəstək verib, ABŞ şirkətləri burada öz maliyyələri və texnologiyaları ilə iştirak edib.

 

Bu sazişlə əməkdaşlığın yeni və ümidverici mərhələsinə qədəm qoyulur. Biz yeni neft və qaz yataqlarının işlənməsi üçün yeni əməkdaşlığı səbirsizliklə gözləyirik.

 

ABŞ neft-qaz sektoru, qeyri-neft sektoru, Yeni İpək Yolunun həyata keçirilməsində Azərbaycanın tərəfdaşı olub, bundan sonra da uzunmüddətli tərəfdaşı olaraq qalacaq".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:04 22 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • zakir hesenov minske gedib
    Zakir Həsənov Minskə gedib
  • azer turk bank baki ve qebelede asan xidmet merkezinde pos terminallar qurasdirib
    “Azər-Türk Bank” Bakı və Qəbələdə “ASAN xidmət” mərkəzində P...
azer turk bank baki ve qebelede asan xidmet merkezinde pos terminallar qurasdirib azer turk bank baki ve qebelede asan xidmet merkezinde pos terminallar qurasdirib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Fevral, 2018

USD
1.7001
 
EUR
2.0865
 
RR
0.03