Səfir: “İtaliya TAP layihəsinin vaxtında həyata keçirilməsini dəstəkləyir”

İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massarini Energetika Nazirliyində olub.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, səfir Azərbaycanın energetika naziri vəzifəsinə təyin edilməsi münasibətilə Pərviz Şahbazova təbriklərini çatdırıb. Bildirib ki, Azərbaycanla İtaliya arasında strateji tərəfdaşlıq xarakteri daşıyan əməkdaşlıq əlaqələri enerji sektorunda birgə layihələrlə daha da möhkəmlənəcək. O, Avropaya qazın yeni mənbədən daxil olması baxımından Trans-Adriatik (TAP) qaz boru kəmərinin nəinki İtaliya, bütövlükdə Avropa üçün vacibliyini vurğulayan səfir layihənin İtaliya ərazisindən keçən hissəsində görülən işlər barədə məlumat verib. Bildirilib ki, sentyabr-oktyabr aylarında TAP üzrə mühüm irəliləyişlər əldə olunub: “İtaliya Konstitusiya məhkəməsi Trans-Adriatik (TAP) qaz boru kəmərinin Apuliya vilayətində tikintisinə icazə verib. Bütün bunlar isə göstərir ki, İtaliyanın Mərkəzi hökuməti layihəyə böyük önəm verir və onun vaxtında həyata keçirilməsini dəstəkləyir”.

 

Energetika naziri Pərviz Şahbazov isə “Cənub Qaz Dəhlizi”nə daxil olan layihələr üzrə işlərin gedişatı barədə məlumat verib. Bildirib ki, bu layihələrin icrası prosesindəki intensivliyin TAP layihəsində də təmin olunması enerji təhlükəsizliyi ilə bağlı qarşıya qoyulmuş hədəflərə yaxınlaşdırır. Nazir layihə üzrə işlərin 60 faiz icrasına və İtaliya hökumətinin dəstəyinə görə minnətdarlığını bildirib. P.Şahbazov TAP-ın 2020-ci ildə Azərbaycan qazını qəbul etməyə hazır olması üçün İtaliya hökumətinin dəstəyinin davamlı olacağına ümidini ifadə edib.

 

Görüşdə alternativ və bərpa olunan enerji mənbələri, eləcə də enerji səmərəliliyi sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib, iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində iki ölkə arasında məsələlərə dair müzakirələr aparılıb.  

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • socide rusiya turkiye ve iran prezidentlerinin gorusu baslayib
    Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü başla...
  • vasim memmedeliyevin 75 illik yubileyine hesr olunmus elmi praktik konfrans kecirilib
    Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunmuş elmi-p...
vasim memmedeliyevin 75 illik yubileyine hesr olunmus elmi praktik konfrans kecirilib vasim memmedeliyevin 75 illik yubileyine hesr olunmus elmi praktik konfrans kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Noyabr, 2017

USD
1.7002
 
EUR
1.9963
 
RR
0.0287