SOCAR Səngəçalda qaz xəttində baş vermiş yanğın barədə məlumat yayıb - YENİLƏNİB

socar sengecalda qaz xettinde bas vermis yangin barede melumat yayib yenilenib

Yanvarın 10-da axşam saat 20.45 radələrində diametri 1000 millimetr olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində yanğın baş verib.

 

APA-nın məlumatına görə, bu barədə SOCAR-ın mətbuat xidmətinin məlumatında bildirilir.

 

 

Məlumata görə, yanğının söndürülməsi üçün kəmər dərhal lokallaşdırılıb, bu xəttə verilən qaz alternativ kəmərə keçirilib və xətt istismardan təcrid olunub.

 

Hadisə nəticəsində xəsarət alan olmayıb, yaşayış məntəqələri üçün hər hansı təhlükə yoxdur. Hadisənin səbəbləri araşdırılır, əlavə məlumat veriləcək.

 

*** 

22: 04
Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsində qaz xəttində yanğın olub. “APA-Economics”xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib.
 
 
Onun sözlərinə görə, hadisə 20:30 radələrində baş verib. “Qəza bundan öncə partlayış baş verən əraziyə yaxındır”, - deyə o bildirib.
 
 
Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.
 
 
SOCAR hadisənin baş verməsini təsdiqləyib. 
 
 
Xatırladaq ki, 2016-cı il dekabrın 27-də və cari ilin yanvarın 2-də Səngəçal qəsəbəsi ərazisində qaz xəttində partlayış baş verib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

00:02 23 Sentyabr
21:32 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xizida bir gunde 616 eded partlamamis herbi sursat askarlanib
    Xızıda bir gündə 616 ədəd partlamamış hərbi sursat aşkarla...
  • goranboy sakini yaniq xesaretleri alib
    Goranboy sakini yanıq xəsarətləri alıb
goranboy sakini yaniq xesaretleri alib goranboy sakini yaniq xesaretleri alib +2
MƏZƏNNƏ
FOREX
/ 24 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ